Milli Məclisin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub
Siyasət
20-04-2023, 20:17
185
Atributinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Milli Məclisin sədri Sahibə Qafarova Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Varşava Universitetində olub. Spiker, burada "Dialoq və həmrəylik: Azərbaycanın əməkdaşlıq və inkişafa baxışı" mövzusunda məruzə ilə çıxış edib. Sonra Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Varşava Universitetinin Fəxri diplomu və medalı ilə təltif olunub. Varşava Universitetinin rektoru professor Novak Alojzy Fəxri diplomu və medalı spiker Sahibə Qafarovaya təqdim edib.