Sizin reklam burada
Sizin reklam burada
  • İnsanı zamanın məhsulu sayırlar

    Keçmiş SSRİ-nin süqutundan sonra iqtisadi böhran məngənəsində boğulan, müstəqillik yollarında ilk addımlarını atan respublikamızda baş verən siyasi proseslər, heç bir səriştəsi olmayan şəxslərin hakimiyyətə gəlişi, ölkədəki xaos, iqtisadi geriləmələr və təsərrüfat sahələrinin tənəzzülü çox təəssüflər olsun ki, rayonumuzdan da yan keçmədi. Lakin xalqımızın dahi oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün bunlara son qoyuldu və hər yerdə, o cümlədən doğma Göygölmüzdə böyük quruculuq işlərinə başlanıldı.
    Ulu öndərimiz Heydər Əliyevin birbaşa adı ilə bağlı olan əfsanəvi layihələr bu gün artıq reallıqdır. Ölkəmiz tərəqqi və inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu ləyaqətlə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tərəqqisinə, xalqın rifahına xidmət edən bir çox nəhəng layihələr də uğurla həyata keçirilməkdədir.
    Dövlətimizin iqtisadi qüdrətinin artmasının və ölkə başçısı cənab İlham Əliyevin regionların inkişafına olan diqqət və qayğısının nəticəsidir ki, respublikanın bütün bölgələri kimi rayonumuz da günü-gündən inkişaf edir, abadlaşır və müasir diyarlarından birinə çevrilir. Son illərdə rayonda xeyli tikinti-inşaat və abadlıq işləri görülmüş, yeni-yeni istehsal, kommersiya və xidmət obyektləri tikilib istifadəyə verilmiş, yüzlərlə daimi iş yerləri açılmış, küçələrdə, park və meydanlarda yenidənqurma və yaşıllaşdırma işləri aparılmış, bir çox təhsil müəssisələri əsaslı şəkildə təmir edilmişdir. .
    Ölkə başçısının həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasətin və rayonumuza göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, Göygöl rayonu gündən-günə abadlaşır, gözəlləşir və dinamik inkişaf edir. Hər bir Göygöl vətəndaşı bu tərəqqinin şahididir. Əhali bu inkişafı öz gündəlik həyatında hiss edir, insanların xoşbəxt sabahlarına olan ümidlərini daha da artırır və ölkə rəhbərinə böyük minnətdarlıqlarını bildirirlər. Son Prezident seçkiləri zamanı rayon seçicilərinin mütləq əksəriyyəti tərəfindən dövlət başçısına göstərilən böyük etimad bunu bir daha sübuta yetirdi.
    Son ilərdə rayonumuz yeni intibah dövrünə qədəm qoymuşdur. Hər şeydən əvvəl rayonda təşkilatçılıq işləri gücləndirilmiş, ayrı-ayrı kollektivlər səfərbər olunmuş, burada əsl işgüzar şərait yaradılmışdır. Rayon ərazisində genişmiqyaslı təmizlik işlərinə başlanılmış. şəhərdəki yaşayış binalarının ətrafında və məhəllələrdə abadlıq işləri həyata keçirilmiş, əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması sahəsində bir çox tədbirlər görülmüşdür.
    Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Göygöl rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, bu ildən başlayaraq rayonda abadlıq, quruculuq işləri daha geniş vüsət almış, bir çox sosial yönümlü obyektlər əsaslı təmir edilmiş. Göygöl şəhərinin və ətraf ərazilərin, bütövlükdə rayonumuzun gündən-günə dəyişərək müasirləşdiyini görən hər kəs ürəkdən sevinir. Çünki bu yaxınlaradək rayon əhalisinin təsəvvürlərində canlandırdıqları layihələr, arzuladıqları və həyata keçirilməsini istədikləri böyük quruculuq işləri rayonumuzda artıq reallığa çevrilmişdir.
    Məhz bütün bunlar ölkə başçısı cənab İlham Əliyevin rayonumuza göstərdiyi diqqət və qayğısının nəticəsidir. Cənab Prezidentimiz qeyd etdiyi kimi “Ölkəmizin inkişafı hər bir rayonun inkişafından asılıdır. Əgər hər bir bölgədə və hər bir kənddə bütün məsələlər öz həllini taparsa, onda ölkənin bütün məsələləri həll olunacaqdır.” Dövlət başçısının regionlara səfəri zamanı bölgələrin vəziyyəti ilə yaxından tanış olması və aparılan işlərə şəxsən nəzarət etməsi ölkə vətəndaşlarına olan diqqətin bariz nümunəsidir..
    Göygöl rayon İcra Hakimiyyətinin Başçısı Elvin Pashayev təyin olunan gündən . İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzində saxlanlır. Habelə şəhid ailələrinin və qazilərin sosial-təminatlarının yaxşılaşdırılması məqsədilə Göygöl rayonunda geniş işlər aparılır. O, ötən 1-il ərzində Göygöl küçələrini, kəndlərini qarış-qarış gəzərək harda nə problem, çatışmazlıq varsa onları üzə çıxartdı, onların həlli üçün müvafiq qərarlar qəbul etdi və lazımi tapşırıqlar verdi. Qısa zaman kəsiyində rayonun şəhər və kəndlərində analoqu olmayan səliqə-sahman, abadlıq, təmizlik yarandı. İnsanı zamanın məhsulu sayırlar. Əslində isə zamanı insan yaradır. Zaman insanın məhsuludur. Ən pis zamanda belə yaxşı, bacarıqlı, səriştəli insan zamanı dəyişir. Cənab Elvin Paşayevin Göygöl rayonuna İcra başçısı təyin olunduqdan sonra rayonda həyat yeni bir axara düşdü. Hər kəsin ayrı-ayrılıqda
    Göygöldə həyata keçirilən yenidənqurma, abadlıq və bərpa işləri uğurların miqyasını artırı
    problemləri dinlənilir, həlli istiqamətində aidiyyatı şəxslərə müvafiq tapşırıqlar verilir. İcra başçısı vətəndaşları tək qəbul edir.
    Şəhər sakinləri ilə yanaşı Elvin Paşayev kənd sakinlərinin də problemlərini öyrənir. Kəndlərin birində olan görüşdə dediyi kimi: “Harda problem varsa, mən ordayam”. Daha kənd sakinlərinin onunla görüşmək üçün şəhərə gəlməsinə ehtiyac yoxdur. Çünki cənab başçı özü onlarla görüşə gedir. O, hər gün bir deyil, bir neçə kənddə olaraq camaatla görüşlər keçirir. Ağsaqqalından tutmuş azyaşlısına qədər hər kəsin yaşayış şəraiti ilə maraqlanır. Diqqət və qayğı göstərir. Elə bir mehribanlıqla, mərhəmətlə insanlara yanaşır ki, sanki onların ailə üzvlərindən biridir.

    İlkin Məmmədov
    Qızılqaya Qəsəbə İcra Nümayəndəliyinin müavini.
    Xüsusi olaraq "Atributinfo.az" üçün

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ