
Müsabiqənin yazılı imtahan mərhələsində iddiaçıların nəzəri bilikləri və Azərbaycan Respublikasının qanunvericiliyinə bələdliyi yoxlanılacaqdır.
Müsahibə mərhələsində namizədlərin hüquq sahələrinə, o cümlədən konstitusiya, cinayət, inzibati, mülki, vergi, maliyyə, əmək və sosial təminat hüququna aid bilik səviyyəsi, hüquq normalarının mənasını aydınlaşdırmaq və fikirlərini səlis ifadə etmək bacarığı, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi dünyagörüşü müəyyən olunacaqdır.
Maraqlanan şəxslər öz tərcümeyi-hallarını office@meclis.gov.az elektron poçt ünvanına göndərə bilərlər. Sənəd qəbulu 2023-cü il martın 3-dək davam edəcək. Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə müsabiqədə üstünlük veriləcəkdir.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi