Sizin reklam burada
Sizin reklam burada
  • AHİK İcraiyyə Komitəsi bəyanat yayıb

    AHİK İcraiyyə Komitəsi bəyanat yayıbAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsi 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücumla bağlı bəyanat yayıb.

    Bəyanatda deyilir:
    “Yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə edilmiş silahlı hücumu kəskin şəkildə pisləyir və Azərbaycan həmkarlar ittifaqları adından törədilən terror hadisəsinə etirazımızı bildiririk.
    Bəyan edirik ki, bu terror hadisəsi ümumilikdə Azərbaycan dövlətinə və onun xalqına, dünya azərbaycanlılarına, o cümlədən güneyli soydaşlarımıza qarşı yönəlmiş hücumdur və beynəlxalq cinayətdir.
    Baş vermiş hadisəyə görə, məsuliyyət birbaşa İranın üzərinə düşür. Belə ki, səfirliyin mühafizəsini və əməkdaşların təhlükəsizliyini beynəlxalq konvensiyalarla İran tərəfi təşkil etməlidir. Amma bu terror aktından aydın olur ki, İran beynəlxalq hüquqa məhəl qoymayaraq üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirməyib.
    Məlumdur ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün qonşuları ilə, o cümlədən İranla mehriban qonşuluq prinsiplərinə üstünlük verib. İran isə Azərbaycana qarşı münasibətdə heç vaxt səmimi olmayıb. Bu hal Azərbaycanın Ermənistan üzərində parlaq qələbə çalaraq işğal altındakı torpaqlarını azad etdikdən sonra daha da kəskinləşib. Bu ölkədə anti-Azərbaycan təbliğatına geniş yer verilib, demək olar ki, düşmən obrazı yaradılıb. Hətta İranın bir sıra qurumları və dini dairələri, həmçinin mediası tərəfindən dövlətimizə qarşı təhdid dolu bəyanatlar səsləndirilib. Bunun qarşısının alınması ilə bağlı rəsmi Tehrana ünvanlanmış bütün müraciətlər isə cavabsız qalıb. Bir daha aydın olur ki, törədilən qanlı terror hadisəsi aparılan çirkin təbliğatın davamıdır.
    Azərbaycan həmkarlar ittifaqları adından İrandan tələb edirik ki, baş verən qanlı hadisənin məsuliyyətini dərindən dərk etsin və məsələyə ciddi yanaşsın. Terror hadisəsinin dəqiq araşdırılması, sifarişçilərinin, təşkilatçılarının və icraçılarının müəyyən edilməsi və ən sərt qaydada cəzalandırılması istiqamətində tədbirlər görsün. Həmçinin gələcəkdə belə halların təkrarlanmaması üçün lazımi addımlar atsın”.
    AHİK İcraiyyə Komitəsinin üzvləri:
    AHİK-in sədri, millət vəkili S.Möhbalıyev
    AHİK sədrinin I müavini İ.Əliyev
    AHİK sədrinin müavini A.Dadaşov
    AHİK sədrinin müavini C.Alxasov
    AHİK sədrinin müavini Ə.Ağasiyev
    AHİK sədrinin müavini H.Osmanov
    Aviasiya İşçiləri HİRK-in sədri M.Əsədov
    Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı
    İşçiləri Hİ-nin sədri H.Kərimov
    Azərbaycan Milli Elmlər Akademiyası
    İşçiləri Azad Hİ-nin sədri H.Qurbanov
    Bələdiyyə İşçiləri HİRK-in sədri M.Xəlilov
    «Baku Stil Kompani» İşçiləri Hİ-in sədri A.Abbasov
    Dəmiryolçuların Müstəqil HİRK-in sədri F.Bağırov
    Dəniz Nəqliyyatı İşçiləri
    HİRK-in sədri S.Allahverdiyev
    Elektroenergetika və Elektrotexnika
    Sənayesi İşçiləri HİRK-in sədri M.Mirzəyev
    Fövqəladə Hallar Nazirliyi İşçiləri
    HİK-in sədri M.İsmayılov
    Gömrük İşçiləri Həmkarlar İttifaqı
    Birliyinin sədri R.Namazov
    "Xidmət-İş» Hİ Federasiyasının
    vitse-prezidenti C.İsmayılov
    "İnşaat-İş" Hİ-in sədri U.Hüseynov
    Su Təsərrüfatı İşçiləri HİRK-in sədri A.Məmmədov
    "Kənd-Qida-İş" Hİ
    Federasiyasının sədri T.Quliyev
    Metal İşçiləri Hİ Federasiyasının
    prezidenti B.Yusifov
    Mədəniyyət İşçiləri HİRK-in sədri A.Atakişiyev
    Müdafiə Sənayesi İşçiləri
    HİRK-in sədri S.Mahmudov
    Metropoliten İşçiləri Hİ-in sədri A.Mərdanov
    Naxçıvan Muxtar Respublikası
    Hİ Şurasının sədri A.İbrahimov
    Neft və Qaz Sənayesi İşçiləri
    HİRK-in sədri C.Əliyev
    Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək
    Texnologiya İşçiləri HİRK-in sədri R.Səfərov
    Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye
    İşçilərinin HİRK-in sədri M.Salmanov
    Səhiyyə İşçiləri HİRK-in sədri E.Əfəndiyev
    Təbii Sərvətlər və Ekologiya İşçiləri
    HİRK-in sədri T.Quliyev
    Təhsil İşçiləri Azad HİRK sədrinin
    birinci müavini H.Nağıyev
    Yerli Sənaye və Kommunal Məişət
    Müəssisələri İşçilərinin HİRK-in sədri T.Hacıyev



    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ