Deputatlarımız Avropa Parlamentində görüşlər keçirəcəklər
Siyasət
15-01-2023, 18:33
219
Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində nümayəndə heyətinin üzvləri Nurlan Həsənov və Sevil Mikayılova yanvarın 15-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər. Millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə qarşılıqlı əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq. Səfər yanvarın 19-da başa çatacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi