Elvin Hüseynov,
Bakı şəhəri 1 saylı Notariat Ofisinin notariusu
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ulu öndər Heydər Əliyev ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirilmiş, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artmış, səlahiyyət dairəsi genişlənmişdir. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədi ilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.
O gündən ədliyyə işçiləri öz peşə bayramlarını qeyd edirlər.
Ədliyyə Nazirliyi ilk günlərdən ölkədə qarmaqarışıqlıq zamanı dağıdılmış məhkəmə aparatı sistemini, birinci növbədə Bakı və Gəncə dairə məhkəmələrinin və onların yanındakı prokuror nəzarətinin, habelə yerlərdə barışıq məhkəmələrinin fəaliyyətini bərpa etməyə başladı. 1918-ci il oktyabrın 9-da Fövqəladə Təhqiqat Komissiyası Ədliyyə Nazirliyinin sərəncamına verildi.
Qısa müddətli fəaliyyəti dövründə Ədliyyə Nazirliyi ölkədə hüquq-mühafizə orqanlarının təşkili ilə yanaşı, hüquq-mühafizəsi, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi sahəsində də böyük işlər gördü. Bu sıraya məhkəmə sahəsində işlərin bərpası ilə əlaqədar Ədliyyə Nazirliyi Məhkəmə Palatasının yaradılması barədə məsələ qaldırılmasını və sonra həmin Əsasnamənin təsdiq edilməsini də aid etmək olar.
Azərbaycanda ədliyyə işinin təkmilləşdirilməsi ümummilli lider Heydər Əliyevin respublikaya birinci rəhbərlik etdiyi dövrə təsadüf edir. Ulu öndərin rəhbərliyi altında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bu qurumun sabit işi təmin olunmuş, gələcək inkişafı üçün zəmin yaranmışdı.
Qeyd edək ki, dövlət müstəqilliyi əldə ediləndən və ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə çatdırılması yönündə xeyli iş görülmüşdür. Hər şeydən əvvəl müstəqil dövlətimiz demokratiya yolunu seçərək, bu istiqamətdə bütün maneələri dəf etdi, həyata keçirdiyi uğurlu demokratik islahatları ilə dünyanın diqqətində dayandı. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu nəhəng işləri sonrakı dövrdə onun layiqli davamçısı cənab İlham Əliyev uğurla davam etdirdi.
Məhz bunun nəticəsidir ki, Azərbaycan imkişaf etdi və tarixi an yetişdikdə Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuz Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün inanılmaz bir qələbəyə imza atdı. Milyonlarla azərbaycanlının sevincinə səbəb olan bu tarixi hadisə təbii ki, biz ədliyyə işçilərində də böyük qürur hissi yaratdı. Bununla bərabər, bir daha yəqin etdik ki, dostumuz kimdir, düşmənimiz kim.
Ən qəribəsi isə bu idi ki, demokratiyadan çox dəm vuran Avropa ölkələri apardığımız haqq mücadiləsini ya səssiz-səmirsiz seyr etdi, ya da Azərbaycana “dur” dedilər. Onlardan heç biri faşist ermənilərə “özgə torpağından çıxın!” müraciəti etmədi. 2020-ci ilin payızında müharibə həm də cənab Prezident İlham Əliyevin həm əsl sərkərdə, həm də əsl diplomat keyfiyyətlərini üzə çıxardı.
Ümumilikdə, hərbi kampaniya dövründə 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, "kim Şuşaya nəzarət edirsə, Qarabağa da o nəzarət edir”.
Şuşa azad edildikdən dərhal sonra, noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad olunması barədə ölkə ictimaiyyətini məlumatlandırdı. Beləliklə, hərbi əməliyyatlar zamanı darmadağın edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Bu, Azərbaycan xalqının şanlı qələbəsidir. Dağlıq Qarabağ münaqişəsi bitdi: İmzalanan bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır.
Şuşanın alınması Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab edilir, təslim olur və hərbi əməliyyatlar dayandırılır.
Əsgər və zabitlərimiz döyüşlərdə misilsiz şücaətlər göstərdilər, Vətən uğrunda canlarından belə keçdilər. Ali Baş Komandanımız və şanlı ordumuz erməni fitnəkarlığına, erməni faşizminə son qoylu. Mənfur qonşularımız 200 ildən bəri davam edən çirkin əməllərinə görə öz cəzalarını aldılar. 10 noyabr 2020-ci ildə üç dövlət başçısının imzaladığı tarixi bəyanat Azərbaycanın tam qələbəsinə yol açdı.
Vətən müharibəsində Azərbaycanın qələbəsi və Ermənistanın məğlubiyyəti tarixi haqsızlığın qarşısını aldı və ərazi bütövlüyümüz bərpa olundu.
“Ədliyyə işçilərinin peşə bayramı günü” məhz zəfər günləri ilə eyni aya düşür və bu sevincimizi daha da artırır. Onlar noyabrın 8-də xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı şanlı qələbənin ildönümünü -Zəfər gününü və ulu öndər Heydər Əliyevin sərəncamı ilə təsis olunmuş 22 noyabr - ədliyyə işçilərinin peşə bayramını təntənə ilə qeyd edəcəklər. Bu münasibətlə bütün xalqımızı, o cümlədən ədliyyə işçilərini təbrik edirəm.