Sizin reklam burada
Sizin reklam burada
  • Aydın Hüseynov: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi beynəlxalq təcrübəyə uyğun hazırlanıb

    Azərbaycan son illərdə bütün sahələrdə olduğu kimi siyasi sahədə də dərin islahatlar həyata keçirməklə, dövlət və vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə etməklə müasir ictimai-siyasi çağırışlarla üzləşib. Siyasi mühit daha da genişlənib, müxtəlif siyasi partiya və ictimai təşkilatların ölkəmizin siyasi həyatında rolu artır. Son illərdə iqtidar-müxalifət dialoqu da qarşılıqlı siyasi dialoq əsasənda inkişaf edir. Bütün bu siyasi tendensiyalar siyasi partiyalarla bağlı qanun layihəsində də dəyişikliyi labüd edir”. Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
    A.Hüseynov deyib ki, siyasi partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə Milli Məclisin müzakirələrə açıq olduğunu nümayiş etdirir. “Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etməsi baxımından əhəmiyyət kəsb edir. Müzakirələrdə çıxış edən siyasi partiya liderlərinin mövcud problemlərin, qarşıda duran məsələlərin həlli baxımından qanun layihəsinə öz münasibətlərini bildirmələri, onun ayrı-ayrı müddəaları barədə konkret rəy və təkliflərini səsləndirmələri bir daha ölkəmizdə geniş siyasi mühitin olmasına dəlalət edir. Siyasi partiya rəhbərləri və nümayəndələri bu cür dinləmələrin keçirilməsində iştirakı geniş siyasi dialoqun təzahürü olmaqla, siyasi mühitin kifayət qədər rəqabətli olmasından xəbər verir”.
    Millət vəkili vurğulayıb ki, ümumilikdə, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müxtəlif platformalarda müzakirəsi müsbət haldır və gələcəkdə bu tendensiyanın davam etdirilməsi sosial sifarişin təzahürüdür. Milli Məclis bu tip dinləmələrə və müzakirələrə hər zaman açıq olduğunu bəyan etməklə ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha ifadə etmiş oldu. Qanun layihəsinin müzakirəsi ilə bağlı Milli Məclis tərəfindən başlanan yeni proses cəmiyyətdə baş verən hadisələrin, sosial-siyasi tələblərin daha dolğun qiymətləndirilməsinə xidmət etməklə, onun elmi əsaslarının daha da möhkəmləndirilməsinə fayda verəcəkdir”.
    A.Hüseynov onu da qeyd edib ki, bu cür müzakirələrin keçirilməsi, vətəndaşların ölkənin siyasi həyatına inteqrasiyasının sürətləndirilməsinə və ali qanunverici orqanla siyasi partiyalar arasında əlaqələrin inkişafına zəmin yaradır. Eyni zamanda, ali qanunverici orqanın fəaliyyətinin yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun qurulması ənənə halını almışdır. Bir qayda olaraq dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması demokratik cəmiyyətin, eləcə də siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilməlidir.
    Millət vəkili bildirib ki, qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır. Sözügedən layihənin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi tendensiyasının əhəmiyyəti xüsusi vurğulanmalıdır. “Yeni qanun layihəsinin hazırlanması zamanı siyasi partiyalardan daxil olan təkliflərlə yanaşı, beynəlxalq təcrübəyə istinad edilərək bu məsələrlər də nəzərə alınıb. Burada da baçlıca məqsəd beynəlxalq təcrübəyə uyğun mütərəqqi qanun layihəsinin hazırlamasıdır”.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ