Sizin reklam burada
Sizin reklam burada
  • Deputat: "Mən insanlar tanıyıram ki, başına açılan oyunlardan bezərək sığorta pulundan imtina edib"

    Deputat: "Mən insanlar tanıyıram ki, başına açılan oyunlardan bezərək sığorta pulundan imtina edib""İcbari sığorta sahəsində elektron informasiya sistemlərinin inteqrasiya olunması irəliyə addımdır. Istər avtonəqliyyat, istər daşınmaz əmlak və digər sığorta növlərində göstərilən xidmətlərdən narazılıq çoxdur. Sığorta sisteminin dəqiq və şəffaf işləməsi həm də dövlətin yükünün azaldılması deməkdir. Bu gün onlarla şirkət tərəfindən müxtəlif sığorta xidmətləri göstərilsə də vətəndaşlar onlara hələ də etibar etmir."
    Bu fikirləri Milli Məclisin bu gün-oktyabrın 11-də keçirilən plenar iclasında "Yol hərəkəti haqqında", "Notariat haqqinda" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda (ikinci oxunuş) dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən millət vəkili Razi Nurullayev səsləndirdi. O, əlavə etdi ki, bu etibarsızlığın bir neçə səbəbi var.
    Ona görə də maddə 8-ə, icbari sığorta müqaviləsinə, o cümlədən 22-ci maddəyə - sığortalının hüquq və vəzifələrinə dəyişiklik edilməsini və konkret olaraq yüngülləşdirici və sadələşdirici müddəaların salınmasını istəyirəm.
    "İstər avtonəqliyyat, istərsə də daşınmaz əmlak sığorta hadisəsi yarananda, sığortaçı əlindən gələn və ağlından keçən bütün əyri yolları işlədir ki, ya sığorta ödəməsin, ya da az ödəsin. Mən insanlar tanıyıram ki, başına açılan oyunlardan bezərək sığorta pulundan imtina edib. Bir neçə il bundan qabaq “Atəşgah” sığorta ilə bağlı bir sığorta hadisəsi yaşadıq. Mən müxtəlif üsullardan istifadə edib rəhbərliyə, ən azından bir şöbə müdirinə çıxmaq istədim. Mümkün olmadı. Qaynar xətt telefonuna zəng etməli olursan, bir xanımla danışırsan, o da eyni sözləri dalbadal təkrar edir. Bilmirsən canlıdır, yoxsa robot. Facebook-da bir paylaşım etdim, şərhlər bölümündə 500-dən çox şərhləri oxusaydınız görədiniz ki, sığorta bazarı hansı vəziyyətdədir" - deputat vurğuladı.
    "Digər bir məsələ isə sığortaolunanın həftələrlə, aylarla qapılar döyməsidir. Qanunu daha da sadələşdirək, məmurun əyri manevrlər etməsi üçün yolları bağlayaq. Bəzən kiçik avtonəqliyyat hadisəsində belə vətəndaş həftələrlə incidilir. Olmaz axı belə. Avtoqəza olub, zərərçəkən də avtonəqliyyat vasitəsidir, sürücü və sərnişinlərin heç burnu da qanamayıb. Sürücülər neçə məmur qapısı döyməli olur, iş polisə verilir ki, araşdırsın və sonra sürücü polisdən kağız gətirib sığorta şirkətinə verməlidir. Buna nə ehtiyac var? Sığorta şirkəti belə məqamlarda bəhanələr gəzir ki, kaş ki, o sürücünün bir problemi yaransın ki, şirkət sığorta ödəməsin. Belə olan halda sığorta sisteminə hansı etibardan danışmaq olar?"-deyə Razi Nurullayev məsələylə bağlı yaranan sosial gərginliyi diqqətə çatdırdı.

    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ