Sizin reklam burada
Sizin reklam burada
  • Aydın Hüseynov: Pelosinin bu cür təxribatçı bəyanatı terrorçuya dəstək vermək, bölgədə yenicə formalaşan kövrək sülhü pozmaq cəhdidir

    Aydın Hüseynov: Pelosinin bu cür təxribatçı bəyanatı terrorçuya dəstək vermək, bölgədə yenicə formalaşan kövrək sülhü pozmaq cəhdidir “ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər zamanı Azərbaycan əleyhinə kəskin bəyanatlar verməsi bölgədə əldə olunmuş atəşkəsi pozmağa, vəziyyətn daha da gərginləşdirməyə və erməni revanşizmini qıcıqlandırmağa xidmət edir. Bu açıqlama baş vermiş hadisələrə obyektivlikdən uzaq, qərəzli və birtərəfli yanaşmanı əks etdirir. Hər zaman ermənipərəst siyasətçi kimi tanınan Nensi Pelosidən əslində bundan artığını da gözləməyə dəyməzdi, bu qoca siyasətçi bütün fəaliyyəti boyu ermənipərəst mövqe ilə məşhurlaşıb”. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov ki, “Azərbaycan torpaqların 30 il Ermənistanın işğalı altında olanda Nensi Pelosi və onun həmməsləkdaşları heç vaxt Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyanatlar səsləndirmədi, beynəlxalq təşkilatların Ermənistana qarşı qətnamələrinin icrasına mane olan erməni lobbisinin yaynında dayandı. 1 milyon qaçqın və məcburi köçkünün ağır vəziyyəti ilə maraqlanmadı. Bu, açıq-aşkar Nümayəndələr Palatasının spikerinin erməni lobbisindən birbaşa maliyyə asılılığını təsdiqləyir və riyakarlığını nümayiş etdirir”.
    Aydın Hüseynovun fikrincə, ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi kifayət qədər ziddiyətli şəxsdir və onun siyasi tərcümeyi-halı müxtəlif çirkli bizneslərdə, korrupsiyalarda, erməni lobbisinin pul ianələrində hallanır. Siyasi riyakarlığı ilə mə.hurlaşana bu qoca konqresmen dövlətlər, xalqlar arasında münaqişənin alovlanmasına səbəb olan, gərginliklər yaradan şəxs kimi da tanınır. Bir müddət əvvəl onun Tayvana səfər etməsi və Çinlə ABŞ arasında münasibətlərin kəskinləşməsinə səbəb olan addımları beynəlxalq aləmdə pislənib. Ona görə də, ədalət, obyektivlik, vicdan kimi prinsiplərə yad olan Pelosini sadəcə erməni lobbisinin kapitalı və səsləri maraqlandırır. Bu baxımdan ondan ən eybəcər formada bəyanatlar gözləmək təəccüb doğurmur.
    Millət vəkili bildirib ki, Pelosi açıq şəkildə ABŞ-Azərbaycan strateji münasibətlərini zədələmklə məşğuldur və çox güman ki, Vaşinqton A Cənubi Qafqazın lide ölkəsi və yaxın tərəfdaşı olan Azərbaycanla əlaqələrin perspektivlərini bu yaşlı riyakar siyasətçinin ittihamlarına heç bir məhəl qoymadan yaxın və bərabərhüquqli faydalı siyasi dialoq əsasında inkişaf etdirməyə üstünlük verəcək.


    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ