Sizin reklam burada
Sizin reklam burada

Bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımız xalqın böyük sevgisinin və əzmkar faəliyyətin nəticəsidir

Bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımız xalqın böyük sevgisinin və əzmkar faəliyyətin nəticəsidir9 avqust 2022-ci il tarixində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə Respublikasına səfərləri çərçivəsində Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakdan öncə ölkəmizi təmsil edən idmançılarla görüş keçirdilər. Artıq ənənə halını almış bu səpkidə görüşlər ölkə rəhbərliyi tərəfindən bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımızın inkişafına, o cümlədən idmançılara göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir.
İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin idmançılarının iştirakı ilə keçirilən müsəlman aləminin ən böyük beynəlxalq idman, dostluq və həmrəylik tədbirlərindən sayılır. IV İslam Həmrəyliyi Oyunları 12-22 may 2017-ci il tarixlərində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Təşkilat Komitəsinə rəhbərliyi ilə müsəlman aləminin ən gözəl şəhərindən biri olan Bakıda keçirilmişdir.
Məhz 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva oyunların bağlanış mərasimində V İslam Həmrəyliyi Oyunlarına Türkiyənin ev sahibliyi edəcəyini elan etmişdi.
Ümumiyyətlə, Azərbaycanın ali rəhbərliyi müasir müstəqillik dövründə dünya idman növlərinin təbliği və təşviqi, eləcə də idmançılarımızın təşkilatlanmasında xüsusi rola malikdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Olimpiya Komitəsinə Prezident seçilməsindən sonra Azərbaycan idmanında misilsiz və böyük nailiyyətlər əldə olunmuşdur.
Dünyada ilk dəfə Avropa Oyunlarının təşkil olunması və keçirilməsi Azərbaycanın dünya idman siyasətinə verdiyi ən böyük töhfələrdəndir. Bu böyük idman bayramının Azərbaycanda ən yüksək səviyyədə keçirilməsi üçün Prezident İlham Əliyevin 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin sədrliyi məhz Mehriban xanıma həvalə olunmuşdur.
Avropa Oyunlarının təşkili dünya tarixində ilk dəfə olduğu üçün, xüsusilə avropa xalqları arasında daha çox tanınan, həmçinin azərbaycanın milli xüsusiyyətlərini özündə cəmləyən idman oyunlarının təşkil olunmasını, eyni zamanda nəhəng beynəlxalq auditoriyanın qarşısında yüksək performansı təmin edə biləcək layiqli, xalq tərəfindən sevilən, eləcə də dövlət idarəçiliyini yaxşı bilən şəxsin Mehriban xanım Əliyeva olması 2015-ci ildə ilk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirilməsinə təminat yaratmışdır. O zaman cəmiyyətin inkişafında idarəçiliyi uğurla həyata keçirən Mehriban xanım Əliyeva özünü bir dövlət xadimi kimi, eyni zamanda böyük bir missiyanın idarə olunmasını yüksək səviyyədə təmin edən bir şəxs olaraq təqdim edə bilmişdi.
Mehriban xanımın 2015 Avropa Oyunlarının rəsmi açılış mərasimi zamanı səsləndirdiyi çıxış nitqində “Bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir” sözləri tədbirin nəinki ən yüksək səviyyədə təşkil olunduğunu, eyni zamanda bütün dünya dövlətləri tərəfindən Azərbaycanın malik olduğu potensialı, gücü, xalqının iradəsi və rəhbərliyinə olan məhəbbətini bir daha göstərdi.
Bu mötəbər tədbirin bütün dünya tərəfindən alqışlanması məhz Mehriban xanımın sədrliyi ilə Təşkilat Komitəsinin yorulmaz fəaliyyəti, eyni zamanda onun tərəfindən böyük bir missiyanın idarə olunmasında Vətənə bağlılığı və dövlət idarəçiliyində məqsədli əzmkarlığından xəbər verirdi.
Növbəti V İslam Həmrəyliyi Oyunlarının qardaş Türkiyə Respublikasında keçirilməsi Azərbaycan üçün xüsusi önəmə malikdir və Azərbaycan Prezidentinin ölkəmizi təmsil edən idmançılarla görüşündə səsləndirdiyi kimi, Türkiyə də Azərbaycanın evidir və böyük uğurlu nailiyyətlərin əldə olunmasına əlavə imkanlar yaradır.
Nəzərə alaraq ki, Azərbaycanın Birinci vitse-prezidenti Azərbaycan mədəniyyətinin də inkişafına böyük xidmətlər göstərmişdir, bu böyük idman bayramları dünyada Azərbaycan mədəniyyətinin, incəsənətinin, mətbəxinin təbliğ olunmasında bir vasitədir. Mehriban xanım Əliyevanın 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fonduna rəhbər seçilməsi və bu gün də yorulmaq bilməyən fəaliyyəti Azərbaycanımızın bütün ənənələrini müasir dünyada layiqincə tanıtmaqdadır.
Azərbaycanın qəhrəman övladlarının Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ-Vətən Müharibəsində göstərdiyi şücaət Azərbaycan mədəniyyətinin və idmanının, eləcə də Azərbaycanın gənc nəslinin böyük potensialını ortaya qoydu.
Doğma Qarabağımızda unudulmaz və tarixi, mədəni-ictimai tədbirlərdə Prezident İlham Əliyevlə birlikdə Birinci vitse-prezident Mehirban xanım Əliyevanın iştirakı bir daha 2015 Avropa Oyunlarının rəsmi açılış mərasimi zamanı səsləndirilən fikirlərdəki məqsədyönlü fəlsəfənin real həyatda tətbiqidir.
Bayrağımızı dünyanın hər yerində dalğalandıran idmanımız xalqın böyük sevgisinin və əzmkar faəliyyətin nəticəsidir
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı










  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ