Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlib

    Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlibİyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gəlib.
    İstanbulun Atatürk Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.
    Milli Məclisin sədri iyulun 21-də burada keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünə qatılacaq və bir sıra ikitərəfli görüşlər keçirəcək.
    İşgüzar səfər iyulun 22-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ