Vıjaker kəndində birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Şərifov İlham Sahib oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışında millət vəkili İqbal Məmmədov iştirak edib. Açılışda, eyni zmanda Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, Yap Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Açılış mərasimində öncə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Şəhidin qardaşı tərəfindən bulaq kompleksinin üzərindən örtük götürüldü, önündə gül-çiçək dəstələri qoyuldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
"Atributinfo.az"
