O, bu barədə İrəvanda onlayn keçirilən mətbuat konfransında danışıb.
Bildirək ki, Azərbaycan Müdafiə Nazirliyinin cari ilin martında rəsmi olaraq yaydığı bəyanatda da qeyd olunmuşdu ki, Fərrux kəndi Azərbaycanın nəzarəti altındadır:
“Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”.
