Sizin reklam burada
Sizin reklam burada

Milli Məclisin bugünkü növbədənkənar iclasında millət vəkili Rəşad Mahmudovun "2022-ci ilin dövlət büdcəsi"nə dəyişikliklə bağlı çıxışı

Milli Məclisin bugünkü növbədənkənar iclasında millət vəkili Rəşad Mahmudovun "2022-ci ilin dövlət büdcəsi"nə dəyişikliklə bağlı çıxışı"İqtisadi və sosial siyasət sahəsindəki vəziyyətimizi ötən illərlə müqayisə etməli olsaq, surətli ardıcıl inkişafla bərabər aparılan islahatların nəticələrini görməmək, dəyərləndirməmək mümkün deyil. Büdcəmiz xeyli dərəcədə artıb. Beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyir, bunlara çox yüksək qiymət verirlər."
Bu fikirləri Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında "2022-ci ilin dövlət büdcəsinə" dəyişikliklə bağlı Qanun layihəsinin müzakirəsi zamanı çıxış edərkən millət vəkili Rəşad Mahmudov səsləndirdi. O, qeyd etdi ki, ölkə iqtisadiyyatında 2021-ci ildə qeydə alınan sürətli bərpa prosesinin davamı olaraq cari ilin ötən dövründə də iqtisadi göstəricilərdə müsbət dinamika müşahidə edilmişdir: -"Təqdim olunan sənədlərdən də göründüyü kimi, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar, aprel ayları ərzində ölkə iqtisadiyyatının bütün sahələrində real artımlar müşahidə olunmuşdur. Digər tərəfdən qlobal geosiyasət proseslərin fonunda dünyada hökm sürən xoşagəlməz tendensiyalar dövlət büdcəsinə yenidən baxılmasına şərtləndirən əsas amillərdəndir. Makroiqtisadi proqnoz göstəriciləri 2022-ci il üzrə dövlət büdcəsinin icrası nəzərə alınmaqla, baxıldıqda bu il üçün dövlət büdcəsini nəzərə alınanda əlavə vəsaitin
daxil olması proqnozlaşdırılmışdır.Buna qarşı 2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və dünyamız üçün çox böyük təhdid olan ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi bir çox zəruri tədbirlər maliyyə təlabatını formalaşdırmışdır."-R. Mahmudov dedi.
Millət vəkili əlavə etdi ki, bu gün müzakirəyə çıxarılan 2-ci qanun layihəsinə baxdığımızda qeyd edilənlərdən də göründüyü kimi, Dövlət Sosial Müdafiə fondunun büdcəsi haqqında qanunda nəzərdə tutulmuş cari dəyişikliklər dürüstləşdirilmə mahiyyəti daşımaqla ölkədə sığorta, pensiya sistemini əhatə edən kənar faktorların dəyişməsinin müsbət təsirlərini və dövlət Sosial Müdafiə fondunun artan maliyyə imkanlarının və potensialının operativ qiymətləndirilməsi ilə formalaşan imkanların əhalinin sosial müdafiəsinin gücləndirilməsi və onun davamlılığını təmin edilməsi istiqamətinə yönəldilmişdir. Bildirdi ki, 3-cü qanun layihəsinə də nəzər saldıqda, əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əsas aktiv məşğulluq tədbiri kimi haqqı ödənilən ictimai işlər üçün fondun büdcəsində bu məqsədlə nəzərdə tutulmuş vəsaitin məbləği təxminən 35 faiz artırılması nəzərdə tutulmuşdur. Bunu da biz millət vəkilləri olaraq çox yüksək qiymətləndiririk və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyəcəyimizi bildirmək istəyirəm. Düşünürəm ki, bu günki dəyişiklikləri və durumumuzu keçmişimiz və bu günümüz, dünyamızda baş verənlərlə müqayisə etməyi bacaran sabit və təhlükəsiz həyatı dəyərləndirən insanlarımız milyonlarladı və bunlar bu gün yeni, sağlam, müzəffər Azərbaycanı görürlər. Normal və sağlam düşünən hər bir adam doğma Azərbaycanın sosial və iqtisadi həyatında durmadan ardıcıl məqsədyönlü tərəqqisini, mükəmməl və obyektiv simasını görməlidir. Düşünürəm ki, bu sadəcə görməklə bitməməli, onu layiqincə ifadə və təşviq etməli, bütün bu genişmiqyaslı islahat və yeniliklərə rəvac verən daxili xarici siyasətə, milli mənafeyimiz naminə dövlətimizin daha da gücləndirilmısinə yönələn vətənpərvər işgüzar və sürətli addımlara görə möhtərəm, cənab Prezident İlham Əliyevə daha çox dəstək olmalıyıq. Bunları görməmək, deməmək, bunlara görə şükranlıq etməmək ən azından nakorluq olar. Bu gün bir millət vəkili kimi özümə borc bilirəm ki, minnətdarlıq duyğulu sözlərimə şükranlıq qatım. Fürsətdən istifadə edərək maliyyə naziri Samir Şərifovun və iqtisadi blokun bütün üzvlərinin də burda olmasını nəzərə alaraq ölkədə və dünyada baş verən vəziyyət və ölkəmizin iqtisadi nöqteyi-nəzərdən qazanmış olduğu uğurların gələcək təsirlərini də nəzərə alaraq gələnilki büdcədə də təhsilə və səhiyyəyə ayrılan toplam büdcənin miqdarının dünya beynəlxalq təşkilatları tərəfindən tövsiyə olunan ümimi daxili məhsul içərisindəki payının ən azından ümumi daxili məhsulla müqayisədə 10 faizə qədər çatdırılmasına nail olmaq üçün işlərinizdə uğurlar arzulayaq və bu yolda olan arzularımızı bir daha diqqətinizə çatdıraq. Çünki təhsil və səhiyyədə olduğu kimi, səhiyyə sahəsində başlayan islahatların səmərəliliyi, nəticəliliyi və davamlılığı üçün əlbəttə ki, var olan büdcələrin gələcəkdə artırılmasına daha çox ehtiyac var.

Hazırladı
Bəradər Səməndərli
"Atributinfo.az"

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ