Sizin reklam burada
Sizin reklam burada

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri ölkəmizə rəsmi səfərə gəlib

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri ölkəmizə rəsmi səfərə gəlibMayın 15-də Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi parlament nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Hava Limanında Özbəkistan parlament nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, hər iki ölkənin səfirləri Hüseyn Quliyev, Bahrom Aşrafxanov və digər rəsmi şəxslər qarsalayıblar.
Səfər çərçivəsində Özbəkistan nümayəndə heyəti ölkəmizdə bir sıra rəsmi görüşlər keçirəcək, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak edəcəkdir.
Rəsmi səfər mayın 19-da başa çatacaq.
Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri ölkəmizə rəsmi səfərə gəlib
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ