Sizin reklam burada
Sizin reklam burada
  • Deputatımız İtaliyada səfərdə olacaq

    Deputatımız  İtaliyada səfərdə olacaqMilli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Ümummilli lider Heydər Əliyevin doğum gününə və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə mayın 9-da Roma şəhərinə səfər edəcək.
    Səfər çərçivəsində İtaliyadakı Azərbaycan səfirliyi tərəfindən İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası ilə birgə təşkil ediləcək tədbirdə iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı barədə danışılacaq, bu sahədə görkəmli dövlət xadimi Heydər Əliyevin mühüm rolundan bəhs ediləcək.
    Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edəcək, Ulu öndərin həyatı, ictimai-siyasi fəaliyyəti ilə bağlı fikirlərini bölüşəcəklər.
    Səfər mayın 12-də başa çatacaq.

    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ