Sizin reklam burada
Sizin reklam burada
  • Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin Gürcüstandakı səfirliyində olub

    Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin Gürcüstandakı səfirliyində olubMilli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Gürcüstanda səfərdə olan parlament nümayəndə heyəti aprelin 20-də ölkəmizin buradakı səfirliyinə gəlib.
    Milli Məclisin sədri səfirliyin inzibati binasının foyesində ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq müasir Azərbaycan dövlətçiliyinin memarının əziz xatirəsini ehtiramla yad edib.
    Sonra səfir Faiq Quliyev səfirliyin fəaliyyəti barədə Milli Məclisin sədrinə ətraflı məlumat verib.
    Parlamentin sədri səfirliyin əməkdaşlarının fəaliyyəti üçün burada yaradılmış şəraitlə tanış olub, səfirliyin əməkdaşlarına gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.
    Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizin Gürcüstandakı səfirliyində olubMilli Məclisin sədri Sahibə Qafarova ölkəmizin Gürcüstandakı səfirliyində olub
    Milli Məclisin Mətbuat və
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ