Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili hökumət üzvləri qarşısında Lerikin yol problemini qaldırdı

    Millət vəkili hökumət üzvləri qarşısında Lerikin yol problemini qaldırdı"Cənab Baş nazirin hesabatında Azərbaycan dövlətinin ötən ildə əldə etdiyi nailiyyətlər, iqtisadi və digər sahələrdə qazanılmış böyük uğurlar diqqətə çatdırıldı.
    2021-ci ilin yekunları bir daha sübut etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi uzaqgörənliyi və təşkilatçılığı sayəsində nailiyyətlərimiz daha da artmış, insanların həyatı yaxşılaşmışdır. Hökümətin və xalqın öz Prezidenti ətrafında sıx birliyi, ölkədə yaradılmış iqtisad-siyasi sabitlik sosial-iqtisadi, siyasi, mədəni
    sahələrdə, beynəlxalq aləmdə yeni uğurların qazanılmasına zəmin yaratmışdır.
    Şübhəsiz ki, bu naliyyətlərin əldə olunmasında Azərbaycan hökümətinin fəaliyyəti də təqdirəlayiqdir." Bu fikirləri Milli Məclisin ötən günkü-15 mart tarixli plenar iclasında Hökumətin 2021-ci ilin yekunlarına dair verdiyi hesabatın müzakirəsi zamanı çıxış edərkən millət vəki İqbal Məmmədov səsləndirdi. O, qeyd etdi ki, Nazirlər kabinetinin 2021-ci ildəki fəaliyyəti müsbət qiymətləndirilir və qənaətbəxş hesab olunur:
    -"Hesab edirəm ki, hökümət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Nazirlər kabineti qarşısında qoyulan vəzifə tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb. Burada səsləndirilən faktlardanda aydın görünür ki, 2021-ci ildə də Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edib, öz dinamik inkişaf səviyyəsini qoruyub saxlamağa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə ərazisi sürətlə inkişaf edir və bu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir.
    Təbii ki, böyük nailiyyətlərimizlə yanaşı, problemlərimiz də var. Əsas problemlərimizdən biri rayonlarda məşqulluq problemidir. Biz gərək rayonlardan məşqulluq probleminə diqqəti artıraq, yeni iş yerlərinin yaradılmasını ön plana çəkək. Əks halda Bakı şəhərində işlə bağlı miqrasiya axını daha çox ola bilər.
    Əgər statistikaya nəzər salsaq, ayrı-ayrı rayonlar üzrə gəlirlərin diversifikasiyası arasındakı fərqlər və ya büdcə gəlirlərinin formalaşmasında həmən dağ rayonlarından büdcəyə daxil olmalar çox minimum həddədir.Onunla əlaqədar təklif edirəm ki, İNVESTORLARIN, sahibkarların dağ və ucqar rayonlarda sərmayə qoyub iş yerlərinin açılmasından ötrü Bakı və Bakı ətrafı rayonlara nisbətən həmən rayonlarda vergi dərəcələri fərqli olmalıdır"-deyə, deputat hökumət üzvləri qarşısında məsələ qaldırdı.
    Əlavə etdi ki, həmən İNVESTORLAR üçün komunal xərclər işıqa, qaza, suya müəyyən dövr üçün tarif qiymətləri Bakı şəhərinə nisbətən aşağı olmalıdır ki, bu da İNVESTORLARIN, sahibkarların həmən rayonlarda müəssisələrin açılmasına maraq yaradar və iş yerlərinin açılmasına səbəb olar. Bakı şəhərinə də işlə bağlı miqrasiya axını azalar.
    Deputat çıxışı zamanı fürsətdən istifanə edərək ali tribunadan seçicilərinin ona ünvanladıqları problərlə əlaqədar müraciətlərini də səsləndirdi:
    -"Bildiyiniz kimi, təmsil etdiyim Lerik rayonu ölkəmizin dağlıq relyefə malik rayonlarından biridir. Dağ çaylarının daşması nəticəsində yol uçqunları və bir sıra təbii fəlakətlər meydana gəlməkdədir. Lerik rayonunun Piran kəndi ərazisindən keçən Lənkərançay çayının mühafizə zonasında olan yaşayış məntəqələri hər il mütəmadi olaraq sel təhlükəsi ilə qarşılaşmaqdadır.
    Tərəfimizdən edilmiş müraciət nəticəsində, Meliorasiya və su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəri yerində araşdırma aparmış və 1 km uzunluğunda sahil mühafizə beton bəndinin tikilməsini məqsədəuyğun hesab edərək vəsait ayrılması ilə bağlı təklifləri Nazirlər Kabinətinə göndərmişlər. Əfsuslar olsun ki, bu günə qədər müsbət addım atılmamışdır.
    Digər bir məsələ olaraq isə yol mövzusuna toxunmaq istəyirəm. Yol hər bir rayonun inkişafı və mədəniyyətin güzgüsüdür.Təəssüf hissi ilə qeyd edim ki, 17 yaşayış məntəqəsini birləşdirən 9 min nəfərdən yuxarı əhali yaşayan Əliabad-Kiravüd-Vamazqon avtomobil yolunun, 14 yaşayış məntəqəsini birləşdirən 10 min nəfərdən çox əhalinin yaşadığı Piran-Küçəkəran-Veri avtomobil yolunun, 9 yaşayış məntəqəsini birləşdirən 8 min nəfər əhalinin yaşadığı Lerik-Mastail-Livədirgə-Laman avtomobil yolunun (8 yaşayış məntəqəsinin birləşdirən 10 mindən yuxarı əhalisi olan Mondiga-Çayrüd-Rvarüd avtomobil yolunun tamamilə yararsız vəziyyətdə olması ölkəmizin qət etdiyi inkişaf yoluna yaraşmayacaq səviyyədədir.
    Ümumilikdə Lerik rayonunda 2200 km kənd daxili avtomobil yolları vardır. Onların da 120 kilometrlik hissəsinə asfalt örtüyü çəkilib. Təəssüf hissi ilə qeyd edirəm ki, bu da normal istifadə edilən yolumuzun hec 5 %-i deyil."
    Millət vəkili əlavə olaraq bir məsələni də hökumət üzvlərinin diqqətinə çatdırdı:
    -"2 qonşu rayon olan Lerik və Yardımlı rayonları arasında tarixən abad yol olmamışdır. Aralarında 25-30 km yol olmasına baxmayaraq, bir körpü və 4 km bərbad yol olması ucbatından əhali 180 kilometrm Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolu qət edirlər.
    Hökümətdən bu problemləri nəzarətdə saxlamasını xahiş edirəm."
    Sonda İ.Məmmədov hesabata səs verəcəyini bildirərək deputat həmkərlarını və hökümət üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdiyini bildirdi.

    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ