Sizin reklam burada
Sizin reklam burada
  • Nazirlər Kabinetinin Parlamentdə hesabatı zamanı millət vəkili Razi Nurullayevin (nöqtəsinə, vergülunə tovunmadan) çıxışı

    Nazirlər Kabinetinin Parlamentdə hesabatı zamanı millət vəkili Razi Nurullayevin   (nöqtəsinə, vergülunə tovunmadan) çıxışıEvi yananlarla bağlı

    Birinci məsələ, hər bir kənddə, qəsəbədə, rayonda və şəhərdə evi yananlar var. Sığortası olmadığına görə evsiz və zülm içində yaşamalı olurlar. Onlarla müraciət var, kömək edən yoxdur. Axı deyə bilmərik ki, sığorta etməmisən, edərdin. Bizə nə? Ölkəmizdə hələ də sığorta mədəniyyəti formalaşmayıb. Evi yanan ailələrlə bağlı, cənab Baş nazir, qərar verilməsi vacibdir. Vəziyyətləri çox acınacaqlıdır. Imişlidə də evi yanan və ağır vəziyyətdə yaşayan 10-15 ailə var. Hökumət sığorta ilə bağlı məsələlərə yenidən baxsın və sərtləşdirsin, bu günə qədər fəlakətlə üzləşənlərlə bağlı isə yardım qərarı verilsin. Cənab Baş nazir Sizdən kömək gözləyirik!

    Rusiya-Azərbaycan quru sərhəddinin açılması

    İkinci, Rusiya-Azərbaycan quru sərhəddində yüzlərlə soydaşımız çadır düşərgələrində ağır və alçaldıcı vəziyyətdə yaşayır. Soydaşlarımıza bu münasibət ölkəmizin nüfuzuna ziyandır, vətəndaşlarımızın ləyaqətinin aşağılanmasıdır. Hər bir Azərbaycan vətəndaşına ləyaqətli münasibət ölkəmizin başucalığıdır. Cənab Baş nazir, sizdən quru sərhədlərinin açılması və Dağıstanda gözləyən soydaşlarımızın tez bir zamanda ölkəyə gətirilməsini xahiş edirəm.

    Kanalizasiya

    Üçüncü, İmişlidə su təchizatı və kanalizasiya layihəsi 2011-ci ildə başlayıb, 2014-cü ildə maliyyə çatışmazlığı ucbatından dayanıb. Hazırda 40 minə yaxın əhalisi olan İmişli şəhərinin çirkab və yağış sularının axıdılmasında ciddi problemlər yaşanır. Xahişimiz bu layihənin davam etdirilməsi üçün maliyyə vəsaitinin ayrılmasıdır.

    Qaz

    Dördüncü, İmişlinin 10 kəndində təbii qaz yox idi. Hazırda bir kənd qazlaşdırılıb, digər 4 kənd “Azəriqaz”ın daxili vəsaiti hesabına qazlaşdırılır. Buna görə təşəkkür edirəm. Arazqırağı 5 kənd də qazlaşdırmanı gözləyir, amma əsas xəttdən uzaq olduğuna görə o kəndlərin qazlaşdırılması üçün əsaslı dövlət vəsaiti lazımdır və Sizdən bunu nəzərə almağı xahiş edirəm.

    Aranlı məktəbi

    Beşinci, Imişlidə xeyli təmirsiz və bərbad məktəblər var. Aranlı kəndi İmişlinin ən böyük kəndlərindən biridir. Kənddə yerləşən iki məktəbdən biri acınacaqlı vəziyyətdədir. Bu məktəb üçün ciddi vəsait tələb olunur. Xahiş edirəm ki, Aranlı məktəbinin tikilməsi ilə bağlı kömək edəsiniz. Cənab Baş nazir Sizə ümid edirik.

    Poliklinika təmiri

    Altıncı, İmişli şəhərində səhiyyə sahəsində olan ağır durum barədə bu tribunadan iki dəfə çıxış etmişəm. Əlaqədar nazirlik və digər dövlət qurumlarının rəhbərləri ilə danlşmışam və tezliklə problemlərin həlli ilə bağlı konkret addımlar atılacağı deyilib. Bu nəticəni gözləyirik və cənab Baş nazir Sizdən də bu sahədə arayış istəmənizi xahiş edirəm. Bir də İmişli poliklinikası acınacaqlı vəziyyətdədir və təcili təmirə ehtiyac var. Bu məsələ ilə bağlı da göstəriş verməyiniz xahiş edirəm, hörmətli Baş nazir! İmişlinin 140 minə yaxın əhalisi var və səhiyyə ocaqları yükün öhdəsindən gəlməkdə ciddi çətinliklə üz-üzədir.

    Beton kanal

    Yeddinci, İmişlinin Cəfərli və Axıcanlı kəndləri səhraya dönür. Çünki, 2.5 km-lik beton kanal smeta tutulmasına baxmayaraq düz 11 ildir ki, tikilmir. Iki ildir ki, mən də bütün aidiyyatı üzrə müraciət etmişəm. İndi isə bu kanalın çəkilməsi Rəsullu arxının çəkilməsi üzrə ümumi investisiya planının bir hissəsidir. Bu da əlavə 4-5 il deməkdir. 80 yaşlı Xəlil kişi 11 ildir ki, döymədiyi qapı qalmayıb. Cənab Baş nazir xahiş edirəm ki, 2.5 km-lik beton kanal bu il çəkilsin. O kəndlər səhraya dönür artıq, həm də 80 yaşlı kişi o kanalı görsün, 4 gün öncə mənimlə görüşə gəldi, nəfəs almaqda belə çətinlik çəkirdi.

    Biznes mühiti

    Ölkədə ciddi işsizlik problemi var. İşsizliyi isə iş adamları aradan qaldıra bilər. Bizdə isə biznes mühiti əlverişli deyil. İş adamlarına pul kisəsi kimi baxmaq olmaz. İş adamındsn daha çox vergi, rüsum almaq, ancaq gözünü onun cibinə dikmək yanlışdır. İş adamına pul qazanmaq üçün şərait yaratmaq lazımdır, on minlərlə iş yerini onlar yaradacaq. Buna görə də cənab Baş nazir, Sizdən biznes mühitinin daha da yaxşılaşdırılması üçün addımlar atılmasını xahiş edirəm.

    Nazirlər Kabinetinin Parlamentdə hesabatı zamanı millət vəkili Razi Nurullayevin   (nöqtəsinə, vergülunə tovunmadan) çıxışı

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ