Sizin reklam burada
Sizin reklam burada
  • “Vəziyyəti dəyişmək vaxtıdır” – Komitə sədri ermənilərə səsləndi

    “Vəziyyəti dəyişmək vaxtıdır” – Komitə sədri ermənilərə səsləndi “Mən Qarabağdanam. Keçən il öz evimi ziyarət etmək üçün getmişdim. Mənim evim dağıdılmış vəziyyətdə idi. Bu artıq faciədir. Ağdam şəhərindən isə danışmaq istəmirəm, şəhər dağıdılmış vəziyyətdə idi”.
    Bu barədə AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib:
    “İndi vəziyyəti dəyişmək vaxtıdır. Cənubi Qafqazda artıq əməkdaşlıq edilməlidir. Bu münaqişə gələcək deyil, artıq keçmişdir. Sülh xalqlarımızın inkşafına şərait yaradacaq”.
    Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları başlayıb. Tədbirdə ölkəmizi Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov təmsil edir.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ