Deputat qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında yeni dövr başladı: "Məhz onun rəhbərliyi ilə həyata keçirilən davamlı tədbirlər,uğurla icra olunan dövlət proqramları gənclərimizin özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadı. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət, dövlətçilimizə sədaqət hisslərinin aşılanması həmişə ön planda oldu. 27 sentyabr tarixindən başlayan 44 gün ərzində davam edən Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımız mənfur düşməndən azad edildi. Rəşadətli Azərbaycan Ordusunun sıralarında hərbi xidmətə cəlb olunmuş gənclərimiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması, əzəli torpaqlarımızın işğaldan azad olunması və tarixi Qələbəmizin əldə olunmasında cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Neçə-neçə qəhrəman əsgər və zabitlərimiz vətənin azadlığı uğrunda həyatından keçərək şəhidlik zirvəsinə ucaldı. Neçə-neçə igidlərimiz sağlamlığını qismən itirdilər. Şəhidlərimizin hər birinin adı Azərbaycanın əldə etdiyi bu Zəfər tarixinə əbədi olaraq yazıldı. Xalqımız həmişə onların əziz xatirəsini uca tutacaqdır. Bu gün öz bayramını- Gənclər Gününü qeyd edən Azərbaycan gənci gələcəyə ümidlə, həvəslə baxır. Bu gün onun güclü dövləti, sarsılmaz ordusu, Müzəffər Sərkərdəsi var. Əziz gənclərimiz, sizləri bu gözəl gün münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar, müfəvvəqiyyətlər arzulayıram".