Elbası Nursultan Nazarbayevin ümumxalq seçkisi ilə Qazaxıstanın birinci prezidenti seçilməyinin 30 illiyi ərəfəsində təşkil edilmiş beynəlxalq tədbirdə çıxış edən Adil Əliyev ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixi kökləri və buğunu barədə danışıb. Bildirib ki, ölkələrimiz arasında Qazaxıstanın Birinci Prezidenti - Elbası NursultanNazarbayev və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevtərəfindən əsası qoyulmuş mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə uzunmüddətli strategiya bu güncənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ikitərəfli münasibətlərimizdə xüsusi rol oynayır.Türk Şurasının adınındəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması isə, şübhəsiz ki, təşkilatın statusunu daha da yüksəldəcək.
Vitse-spiker iki ölkə arasındakı münasibətlərin inkişafında Türkdilli Ölkələrin Parlament Assambleyasının xüsusi rolunu daqeyd edib. Bildirib ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin TürkPA-nın 10-cu plenar iclasında iştirak etmək üçün bu ilin sentyabrında Türküstan şəhərinə işgüzar səfəri, eləcə də Nur-Sultan şəhərinə rəsmi səfəri ölkələrimizin parlamentlərarası əməkdaşlığının inkişafına xüsusi təkan verdi.
Beynəlxalq konfransdan sonra vitse-spiker Adil Əliyev Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşərək ikitərəfli parlamentlərarası əməkdaşlıq barədə müzakirələraparıb.
