Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan-Braziliya parlamentlərarası dostluq qruplarının görüşündə

    Azərbaycan-Braziliya parlamentlərarası dostluq qruplarının görüşündə Noyabrın 2-də Milli Məclisin Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Braziliya Milli Konqresi Senatının Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasia ilə görüşüb.
    Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Müşfiq Məmmədli qonağı salamlayaraq bildirib ki, Azərbaycan Respublikasının Altıncı çağırış Milli Məclisi dünyanın bir çox ölkələrinin qanunverici orqanları ilə sıx əməkdaşlıq edir. Azərbaycan parlamenti üçün Braziliya parlamenti ilə əlaqələr böyük əhəmiyyət kəsb edir. Müşfiq Məmmədli Braziliya Milli Konqresinin həm Senatında, həm də Deputatlar Palatasında Azərbaycanla parlamentlərarası əməkdaşlıq üzrə dostluq qruplarının fəaliyyət göstərməsini ölkəmizə verilən böyük önəmin nümunəsi kimi dəyərləndirib.
    Senator Antonio Anastasia Braziliyanın diplomatik əlaqələrə və parlamentlərarası əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Parlamentlərarası əməkdaşlıqda parlament dostluq qruplarının rolunu vurğulayan senator ölkələrimiz arasında əlaqələrin inkişafı üçün səyləri artırmağın vacibliyindən danışıb.
    Görüşdə iştirak edən Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vüqar Bayramov, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov və Braziliyanın Azərbaycandakı səfiri Manuel Monteneqro qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi, investisiya imkanları barədə fikirlərini bölüşüblər.
    Qonağa Azərbaycanın öz ərazilərini Ermənistanın 30 illik işğalından azad etməsindən sonra bölgədə yaranmış yeni əməkdaşlıq imkanları, azad edilmiş ərazilərdə həyata keçirilən nəhəng infrastruktur və bərpa layihələri barədə məlumat verilib. Bildirilib ki, regionda kommunikasiyaların açılması iqtisadi tənəzzül yaşayan Ermənistan üçün həyati əhəmiyyət kəsb edir.
    Görüşdə Azərbaycan və Braziliya arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf potensialı və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    Azərbaycan-Braziliya parlamentlərarası dostluq qruplarının görüşündəAzərbaycan-Braziliya parlamentlərarası dostluq qruplarının görüşündə

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ