İşğalın davam etdiyi 30 il ərzində Azərbaycan beynəlxalq aləmdə özünü münaqişənin sülh yolu ilə həllinə sadiq qa¬lan bir dövlət kimi tanıtmışdı. Amma, təəssüf ki, bu məqsədlə yaradılan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar uzanır, BMT-nin məlum qətnamələri icra olunmur, Ermənistan isə bunu fürsət sayaraq daha da azğın¬laşırdı. Düşmənin təcavüzü ara vermirdi. Nəhayət, səbri tükənən Azərbaycan ötən il sentyabrın 27-də növbəti təxribatlara ca¬vab vermək məcburiyyətində qaldı.
Həmin gün Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət ünvanlayaraq bir daha tam qətiyyətlə bildirdi ki, Qarabağ Azərbaycandır və nida işarəsi! Sentyabrın 27-də eyni zaman¬da cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası ke¬çirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı və ali hərbi komandan¬lığın qarşınsında duran konkret vəzifələrə diqqəti cəlb etdi. Dərhal sonra nizami orduları¬mız öz sözünü bilavasitə cəbhə xəttində, düşmənlə üzbəüz savaşda daha kəskin dedi. Biz də elliklə qələbəyə kökləndik. Qismən səfərbərlik elan olundu, amma buna baxmayaraq, on minlərlə könüllü döyüş bölgələrinə can atdı. O günlər bütün şəhər və rayonlarımızdakı hərbi çağırış məntəqələrinin qarşısında əsl qələbəlik hökm sürürdü, necə deyərlər, iynə atsaydın, yerə düşməzdi. Sarsılmaz Prezident– xalq - ordu birliyi sayəsində mübarizə ruhumuz, qələbə əzmimiz daha da gücləndi. Təmas xəttinin müxtəlif istiqamətlərində genişmiqyaslı zəfər yürüşünün da¬vam etdiyi 44 gün ərzində mənfur erməni silahlı dəstələrinə ard-arda sarsıdıcı zərbələr endirildi. İşğal altında olan rayonlarımız, mü¬hüm strateji yüksəkliklər, kənd və qəsəbələr düşməndən azad edildi.
Hər gün bir yeni müjdə, bir yeni qələbə xəbəri eşitməyə adət eləmişdik. Cənab İlham Əliyevin xalqa hər müraciəti ilə bir rayonun, bir böyük ərazinin qarı düşməndən təmizləndiyi qalibanə şəkildə bəyan olunurdu. Tezliklə növbə Qubadlıya, Xocalıya, Laçına çatdı. Vətən deyib irəli atılan, ölü¬mün gözünə dik baxan igidlərimiz addım-addım yürüdülər, əzəli-əbədi torpaqlarımızı qarış-qarış, yamac-yamac, kənd-kənd azad etdilər.
Ermənilərsə özlərinin uydur¬duqları “yenilməz ordu” mifindən xumarlanmış başları zərbə görən kimi silah-sursatı və hərbi tex¬nikanı – tankları, topları, raket qurğularını döyüş meydanındaca atıb qaçırdılar. İndi bunların bir qismi Bakıdakı Hərbi Qənimətlər Parkının eksponatları kimi nümayiş etdirilir.
Hərbi libasını bir gün belə dəyişməyən Ali Baş Koman¬danımız işğaldan azad olunan şəhərlərin hər birində üçrəngli Azərbaycan bayrağını qaldırdı, xalqa gözaydınlığı verdi. Müqəddəs ata vəsiyyətinə əməl etdiyini sonsuz iftixarla dilə gətirdi.
Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Sonra biz siyasi müstəvidə qələbə qazandıq. Ordusunun darmadağın edildiyini, belinin sındırıldığını görən düşmən kapitulyasiya aktına qol çəkməyə məcbur edildi. Bunun ardınca noyabrın 15-də Kəlbəcər, 20-də Ağdam, dekabrin 1-də isə Laçın Azərbaycana döyüşsüz təhvil verildi.
Müharibə zamanı Azərbaycan Ermənistandan fərqli olaraq humanizm prinsiplərinə, silahlı münaqişələrlə bağlı yazılmamış qanunlara lazımınca əməl etdi. Nə dinc əhalini atəşə tutdu, nə də gö¬türdüyü əsirlərə fiziki iztirablar ver¬di.
Nə yaxşı ki, xalqımızın və ordumuzun sarsılmaz vəhdəti dəmir yumruğa çevrilərək məkrli düşməni darma¬dağın elədi. Məhz bu amillər ötən il sentyabrın 27-də başlanmış İkinci Qarabağ müharibəsinin ümum¬dünya tarixi əhəmiyyət daşımasına dəlalət edir.
Bütün Vətən müharibəsi boyun¬ca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq. Doğrudur, ordumuzun arsenalında olan müasir silahlar, xüsusilə də müharibə günlərində “Qarabağ səmasının qartalı” adlandırılan, erməni hədəflərini məhv edən “Bayraqtar TB2” PUA-ları qələbədə mühüm rol oynadı. Azərbaycanın pilotsuz uçuş aparat¬larının erməni hədəflərini necə vur¬duğunu göstərən videogörüntülər münaqişədə üstünlüyün vizual rəmzlərindən birinə çevrildi. Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyatçı pilotsuz təyyarələrin çəkdiyi düşmən mövqelərini, pilotsuz aparatların kameraları ilə obyektivə alınan videoları və ya "kamikadze dronları" tərəfindən ötürülən kadrları yayımladıqca, bu dronların hədəfi atəş açma¬dan, ona çırpılmaq yolu ilə məhv etdiyini göstərən səhnələri nüma¬yiş etdirdikcə modern təchizat və döyüş üsullarının həlledici amil olduğunu hamı görürdü.
Amma yenə də əsas güc əsgər, gizir və zabitlərimizin üzərinə düşürdü. Cavan canları¬na qıyaraq vətən naminə misilsiz rəşadətlər göstərən şəhidlərimiz, qazilərimiz zəfəri, ilk növbədə, özlərinin qızırğalanmadıqları qızıl qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində buna nail olduq.
Rövşən Qasımlı,
Bakı şəhəri 39 saylı Notariat Ofisinin xüsusi notariusu
