Sizin reklam burada
Sizin reklam burada
  • Millət vəkili İltizam Yusifov: - Enerji resurslarından daha səmərəli istifadə etməklə, daha çox məhsul istehsalına nail olmalıyıq!

    Millət vəkili İltizam Yusifov: - Enerji resurslarından daha səmərəli istifadə etməklə, daha çox məhsul istehsalına nail olmalıyıq! "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi komitə sədri, hörmətli Sadiq Qurbanov tərəfindən geniş təqdim edildi. Biz bu qanun layihəsini komitə iclasında da müvafiq icra strukturlarının əməkdaşları və aidiyyatı mütəxəssislərlə birlikdə müzakirə etmişik. Lakin ikinci oxunuşun tələblərinə uyğun olaraq mən də Qanuna qısaca münasibət bildirəcəm və təkliflərimi də yazılı surətdə təqdim edəcəyəm".
    Bu fikirləri Milli Məclisin iyunun 25-də keçirilən növbədənkənar iclasında sözügedən qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zaman çıxış edərkən millət vəkili İltizam Yusifov səsləndirdi. O, qeyd etdi ki, bu gün dünyada müasir durum, bütün resurslar artan tələb fonunda enerji resurslarından daha səmərəli istifadəni, enerji səmərəliliyini, necə deyərlər daha az enerji ilə daha çox məhsul istehsal etməyi tələb edir. Qanun layihəsində enerji resursları dedikdə, bütün növ elektrik, istilik, su enerjisi, bərpa olunan enerji və sair nəzərdə tutulur. Qanun layihəsi enerjinin istehsalı, saxlanılması, ötürülməsi, paylanılması və təchizatdakı sərəliliyi ilə də bütün məsələləri, bütün sahələri əhatə edir.
    Millət vəkili ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqət və dəstəyi ilə son illərdə ölkəmizdə böyük həcmdə yeni generasiya gücləri yaradıldığını diqqətə çatdıraraq vurğuladı ki, bu müəssisələrdə investisiya qoyuluşu hesabına ən son model avadanlıqlardan da istifadə olunmuşdur. Sözügedən qanun layihəsi enerji resurslarından səmərəli istifadəyə, o cümlədən enerji resurslarının istehlakındakı səmərəliliyin artırılmasına, onun təşviqinə yönəlik bir qanun layihəsidir. Yəni, burada söhbət heç də qənaətdən getmir.
    İltizam Yusifov məlumat üçün onu da bildirdi ki, biz adambaşına düşən elektrik enerjisinin istehlakına görə inkişaf etmiş ölkələrdən 4 dəfəyə qədər geri qaldığımız halda, ümumdaxili məhsul istehsalında isə onlardan, o cümlədən qardaş Türkiyədən 3 dəfə çox enerji sərf edirik. Yəni, enerji effektivliyinə görə ən azı 3 dəfə geri qalırıq. Onun üçün biz enerji resurslarından daha səmərəli istifadə etməklə, daha çox məhsul istehsalına nail olmalıyiq. Bundan əlavə bu gün enerji resurslarından istifadənin səmərəliliyi dedikdə, heç də iqtisadiyyat, sənayedəki səmərəlilik başa düşülməlidir. Adı məişətdə də hər birimiz fərd olaraq, qanunda bu məsələ də yer alır, məhsulların etiketlənmə qaydalarına uyğun olaraq, maariflənərək enerjiyə daha qənaətcil cihazlardan istifadə edərək enerji səmərəliliyinə də riayət etməliyik.
    Millət vəkili onu da əlavə etdi ki, zaman durmadan irəlilədikcə insan övladının tələbatı artır. Cəmiyyətdə artan tələb bütün sahələrdə olduğu kimi, enerji resurslarında olan tələbatda özünü daha çox büruzə verir. Ənənəvi enerji mənbələrindən istifadənin artması ilə yanaşı, artıq bəşəriyyət bərpa olunan enerji resurslarından istifadədə də böyük işlər görür.
    Millət vəkili çıxışı zamanı qəbul olunmuş Milli Priaritetlərimizdə 2030-cu ilə qədər enerji sahəsində bərpa olunan enerjidən istifadənin 30 faizə qədər artırılmasını artıq hədəflmiş olduğumuzu diqqətə çatdıraraq vurğuladı ki, Milli Məclisdə də bununla bağlı "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunmuşdur. O, bildirdi ki, bugünkü sözügedən qanun layihəsi də bu işlərin davamıdır və gələcək inkişafımız üçün hüquqi bazanın yaradılması baxımından da çox əhəmiyyətlidir. Bu, həm də özü göstərir ki, artıq energetika sahəsində hüquqi normativ bazanın formalaşması istiqamətində də işlər artıq davam etdirilir. Bu mənada qanun layihəsinin qəbulunu çox vacib və zəruri hesab etdiyini dilə gətirdi.
    Millət vəkili İltizam Yusifov: - Enerji resurslarından daha səmərəli istifadə etməklə, daha çox məhsul istehsalına nail olmalıyıq!
    Bəradər SƏMƏNDƏRLİ
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ