Ağır və məsuliyyətli bir dövürdən keçən Azərbaycan həkimləri gecə-gündüz demədən çalışır, bu gün də neçə-neçə canlar xilas edirlər. Əlbətdə ki bu virus bizim sıralarımızdan çox dəyərli ziyalıları, elm xadimlərini, həkimləri, incəsənət adamlarını aparsa da, biz heç bir zaman Covid 19-a qarşı mübarizəmizdən əsla əl çəkmədik. Artıq bu virusa qarşı vaksini tapılıb və ölkədə də əhalinin xüsusi risk və yaş qruplarından olan insanlardan başlayaraq vaksinləşmə prosesinə keçilmişdir.
Hazırda bu proses uğurla davam edir. Bu məsələ məhs Ölkə rəhbərinin tam nəzarəti altında həyata keçirilir. Xalqımızın tamamilə bu prosesə cəlb edilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində müqavilələr, razılaşmalar əldə edilir. Bu sahədə beynəlxalq ədalətsizliyin, ikili standartların olmasına baxmayaraq dövlətimiz vətəndaşının ən yüksək səviyyədə bu proseslərə cəlb edilməsi üçün lazım olan addımları atır. Əminik ki, xalq olaraq bu çətin sınağın da öhdəsindən uğurla gələcəyik. Aparılan düzgün işlər nəticəsində çox qısa zamanda əvvəlki sosial həyatımıza qayıdacağıq. Pandemiya səbəbindən bütün iflic olmuş sahələrimizi bərpa edərək, iqtisadiyyatımızı daha irəliyə aparacağıq.
Əminə Ağazadə
Milli Məclisin deputatı
