Sizin reklam burada
Sizin reklam burada
  • Siyavuş Novruzov kredit faizlərindən ŞİKAYƏTLƏNDİ: “…düzəlmir ki, düzəlmir”

    Siyavuş Novruzov kredit faizlərindən ŞİKAYƏTLƏNDİ: “…düzəlmir ki, düzəlmir” “Azərbaycan müstəqillik əldə edəndən bəri çox sahələrdə islahatlar aparıldı, amma bu kredit məsələsi düzəlmir ki, düzəlmir…”.
    Bu fikirləri Milli Məclisin iclasında çıxış edən deputat Siyavuş Novruzov səsləndirib:
    “Qanunun fəlsəfəsində o dayanır ki, biz kredit alanı yoxlayırıq, kredit verəni yox. Kredit verən təşkilatların fəaliyyəti yoxlanılmadığına görə günün günorta çağı qərar qəbul edirlər - 4 bank bağlanır.
    Hesab edirəm ki, müqavilə imzalananda kredilalanla bərabər, kredit verənin də yoxlanışları bəlli olmalıdır”.
    Deputat qeyd edib ki, problemlərdən biri də kredit faizləridir:
    “Kredit faizləri ilə depozit arasında 10-12 faiz fərq var. Kredit vətəndaşa 15-24 faizə təqdim edilir. Yoxlamalarda qeyd edilməlidir ki, 24 faizə kredit götürən şəxsin bunu qaytarmaq imkanı varmı?
    Girovlarla bağlı da problem var. Vətəndaş müəyyən miqdarda kredit götürürsə, 2-3 qat baha girovu necə qoya bilər. Nəticədə qohum-əqrəbanın evini, əmlakını girov qoyurlar. Bu da problemə gətirib çıxarır”.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ