Sizin reklam burada
Sizin reklam burada
  • Hüquq siyasəti və dövlət quruculuğu komitəsində

    Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub, hakimlərin təyinatı ilə əlaqədar 7 məsələyə baxılıb.
    İclasda Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli son illər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, məhkəmə-hüquq sistemi də bu islahatlardan kənarda qalmayıb. İlk növbədə qanunvericilik islahatları aparılıb, əlaqədar qurumlar tərəfindən çox əhəmiyyətli qanun layihələri hazırlanaraq Milli Məclisə təqdim olunub və parlamentdə müzakirə edilərək qəbul olunub. Növbəti mərhələdə Məhkəmə-Hüquq Şurası tərəfindən nizam-intizamın gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı mühüm işlər görülüb. Çox vacib olan üçüncü istiqamət isə kadr islahatlarını əhatə edib.
    Əli Hüseynli bildirib ki, bugünkü komitə iclasında parlamentə Azərbaycan Prezidentinin imzasıyla daxil olan, Ali Məhkəməyə və regional Apellyasiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı təqdimat müzakirə ediləcək.
    Sonra iclasda Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov islahatlar dövründə qurumun həyata keçirdiyi işlər barədə danışıb. Məhkəmə fəaliyyətinin və ədalət mühakiməsinin səmərəliliyinə təsir göstərən amillərdən söz açıb. Aparılan kadr islahatları, yerlərdə inşa olunan məhkəmə kompleksləri və digər işlər barədə ətraflı məlumat verib.
    Bildirib ki, pandemiya ilə əlaqədar ötən il məhkəmə sistemi məhdud fəaliyyət göstərib. Bununla əlaqədar olaraq Məhkəmə-Hüquq Şurası elektron məhkəmə-informasiya sistemi vasitəsilə işlərə baxılması üçün əlavə proqram təminatı hazırlayıb və həmin proqram sayəsində öncə yalnız mülki xarakterli işlərə baxılması mümkün olub. Ötən ilin iyun ayında Milli Məclisdə müvafiq qanun qəbul edildikdən sonra pandemiya şəraitində cinayət işlərinə də elektron qaydada baxılması təmin edilib.
    İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə gedən məhkəmə-hüquq islahatları ilə bağlı rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzinin statistik məlumatlarını nəzərə çatdırıb.
    Komitə üzvləri Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Elşən Musayev, Erkin Qədirli, Tahir Kərimli, Kamal Cəfərov və Nizami Səfərov gündəlikdəki məsələlərlə bağlı fikirlərini açıqlayıblar, təkliflərini diqqətə çatdırıblar, hakimliyə namizədlərə müsbət münasibətlərini ifadə ediblər.
    Cavid Hüseynov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra I vitse-spiker, komitə sədri Əli Hüseynli müzakirələri yekunlaşdırıb.
    Komitədə baxılan məsələlər – Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi;Bakı, Sumqayıt və Şirvan Apellyasiyaməhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiyaməhkəmələri hakimlərinin təyin və azad edilməsihaqqındatəqdimatlar Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    Hüquq siyasəti və dövlət quruculuğu komitəsindəHüquq siyasəti və dövlət quruculuğu komitəsindəHüquq siyasəti və dövlət quruculuğu komitəsində

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ