Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ekskursiya Şəhidlər xiyabanının ziyarət olunması ilə başlayıb. Vətən uğrunda canlarından keçən Şəhidlərin məzarı üstünə qərənfillər düzülüb, ruhlarına dualar oxunub.
Sonra Həzi Aslanovun Lənkəran şəhərindəki ev-muzeyi ziyarət olunub. Muzeyin bələdçisi ekskursiya iştirakçılarına Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun həyat və döyüş yolu haqqında ətraflı məlumat verib.
Ekskursiya başa çatdıqdan sonra tankçılar Vətən müharibəsi zamanı torpaqlarımızın azad olunması uğrunda qanları ilə tarix yazaraq şəhidlik zirvəsinə yüksəlmiş Biləsuvar rayonunun Çaylı kəndindən olan döyüşçü yoldaşlarının məzarlarını da ziyarət ediblər.
