İqbal Məmmədovun da bostanına daş atanlar az deyil. Ancaq bu insan o daşlara heç də məhəl qoymur ona görə ki, həm onların səviyyəsinə enmək istəmir, həm də o daşların bir gün qayıdıb öz başlarına dəyəcəyinə şübhə etmir. İqbal müəllim xoşbəxt insandır ona görə ki, əməli saleh adamdır, kasıbların, yoxsulların, imkansızların, aztəminatlıların adamıdır. Dövlətini, millətini, xalqını, Vətənini, torpağını qəlbən sevən və bu yolda vuruşan, can qoyan insanlara-şəhid ailələrinə, qazilərə, Vətən müharibəsi iştirakçılarina daim diqqət və qayğısını əsirgəməyən millət vəkili, eyni zamanda düz, vicdanlı insanların, Allah adamlarının dostudur. Təmsil etdiyi havasına, suyuna, zəngin təbiətinə, ekologiyasina görə Azərbaycanın dilbər guşələrindən olan Lerik rayonunda hər hansı problemin həllində, rayonun ictimai tədbirlərində, insanları narahat edən digər məsələlərin çözümündə daim yaxından iştirak edən deputat İqbal Məmmədovla bağlı çox yazmaq, oxucuları yormaq və onu reklam etmək fikrində deyiləm. Necə deyərlər, "elin gözü tərəzidir!"
Odur ki, sadaladıqlarımın bariz nümunəsi olaraq, ötən gün rayon ziyalılarından birinin-filoloq İlkin Nurxanoğlunun redaksiyamıza ünvanlanan məktubu olduğu kimi dərc edərək oxucuların ixtiyarına buraxıram.
Bu yazı reklam xarakteri daşımır. Ürəyimdən keçənləri yazmışam.
Sizə Lerik rayonunun deputatı Iqbal Mammadov dan söz açacağam.
Məncə, bir insanı yaxşı tanımaq üçün onunla ünsiyyətdə olmaq da yetərlidir.
Səhhətimdə problemlər yarandığı ilk gündən bu günə kimi İqbal müəllim daima məni diqqət mərkəzində saxlayıb. Xəstəxanda yatdığım müddətdə də, demək olar ki, hər gün mənimlə əlaqə yaradırdı. Çox səmimi şəkildə danışır, səhhətimlə ciddi şəkildə maraqlanırdı. İqbal müəllim əməliyyatdan qabaq da, sonra da Mircəlal doktorla ilk əlaqə yaradanlardan biridir. Əməliyyatın uğurla bitməsi xəbərini də doktordan öyrənmiş, çox sevinmişdi... Ayı 18-i evə buraxıldığımı eşidib böyük sevinc hissi ilə mənə zəng edərək, " hər hansı bir kömək lazım olsa, mən yenə səninləyəm, çəkinmə"-dedi.
Belə bir millət vəkili ilə sadəcə fəxr etməyə dəyər, məncə. Bu, təkcə mənə qarşı deyil, bütün müəllimlərə qarşı yüksək diqqət və qayğının nümunəsidir. Dar gündə, çətin anda mənə göstərdiyi insanlığına, humanistliyinə, maddi-mənəvi koməkliyinə görə, bir daha dəyərli deputatımız İqbal Məmmədova dərin təşəkkürümü bildirirəm!
Yazıya millət vəkilinin yaşayıb arxada qoyduğu məhsuldar təqvimlə son verirəm.
İqbal Məmmədov kimdir?
Məmmədov İqbal Nəriman oğlu 1965-ci ildə Lerik rayonunun Rəzgov kəndində ziyalı ailəsində anadan olub.
1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub.
Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir.
1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.
Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 11 fevral 2005-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib.
2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilmişdir.2020-ci ildə Azərbaycan Respublikası Milli Məclis(VIçağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən yenidən millət vəkili seçilmişdir.

Bəradər Səməndərli
