Sizin reklam burada
Sizin reklam burada
  • "Konseptual məsələlərdən biri gəlir və xərclərdə kənarlaşmalardır"- Vüqar Bayramov

    Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir və sessiyasının gündəliyində olan "2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi müzakirə olunub. Müzakirə zamanı çıxış edən deputat Vüqar Bayramovun səsləndirdiyi fikirlər xüsusi diqqət çəkdiyindən çıxışi olduğu kimi paylaşırıq:

    "Bu gün Azərbaycanın müstəqillik illərinin ən böyük büdcə icrası sənədini müzakirə edirik. Məhz 1993-cü ildə Ulu Öndəriin hakimiyyətə yenidən qayıdışı Azərbaycanın maliyyə imkanlarının güclənməsinə və regionda aparıcı dövlətə çevrilməsinə imkan yaratdı. Bu gün müzakirə etdiyimiz sənəddə qeyd edilən müsbət göstəricilər daxil olmaqla ölkəmizin əldə etdiyi uğurların banısı məhz Ümumilli Liderdir.

    Konseptual məsələlərdən biri gəlir və xərclərdə kənarlaşmalardır. Xüsusən xərclər üzrə proqnozlarda kəskin fərqlər var. Belə ki, 2025-ci ildə 41,4 milyard manat proqnozlaşdırılsa da icra 38,6 milyard manat olub. Yəni, proqnoza nisbətən 2,8 milyard manat az xərclənib və bu da proqnozlarda kənarlaşmanı göstərir.

    Digər tərəfdən, proqnoza nisbətən 2,8 milyard manat az xərclənməsinin iqtisdi təsirlərinin xüsusi qiymətləndirilməsinə ehriyac var.

    Bir sıra xərclərin daha az xərclənməsi diqqəti cəlb edir. 2025-ci ildə elm xərcləri nəzərdə tutulan vəsaitin 30,2 milyon manatı xərclənməyib. Bu 13,2 faiz az xərcləmə deməkdir. Elmin inkişafının prioritet olduğunu nəzərə alsaq bu istiqamətə daha az vəsaitin ayrılmasının xüsusi təhlilinə ehtiyac var. Oxşar olaraq, səhiyyə xərclərində 55,4 milyon manat və ya 4,2 faiz az xərcləmə qeydə alınıb.

    Bütün bunlar ilə yanaşı aşağıdakıların nəzərə alınmasını təklif edərdik. Hökumətdə büdcə ili ilə təqvim ilin fərqləndirilməsinə məsələsinə baxılmasnı təklif edirəm. Etiraf etmək lazımdır ki, iqtisadi inkişafda büdcə xərclərinin xüsusi payı var. İlin əvvəlində xüsusən iqtisadi fəaliyyətə yönəlik xərc maddələrində nisbətən az xərcləmələr ümumi daxili məhsuldakı artıma təsirsiz ötüşmür. Bü gün büdcəsinin icrasını müzakirə etdiyimiz 2025-ci ildə ÜDM-də artım faizi 1.4 faiz olsa da ötən ilin ilk rübündə cəmi 0.3 faiz artım qeydə alınıb. Təbii ki, bu o demək deyil, ÜDM artım faizindəki dəyişikliklər sadəcə büdcə xərcləmələri ilə bağlıdır. Digər iqtisadi faktorlar da birbaşa təsir edir. Amma sözsüz fiskal səbəblər də diqqətdən qaçmamalıdır.Büdcə ili təqvim ilinin eyni olması ilin son aylarında, xüsusən dekabr ayında büdcədən daha çox vəsait ayrılmasına səbəb olan faktorlardan biridir. Nəticədə, iqtisadi aktivliyin aylar üzrə tam dəstəklənməsi və vəsaitlərin daha səmərəli xərclənməsi üçün büdcə ilinin təqvim ilindən fərqləndirilməsi məqsədəuyğundur. Böyük Britaniya, Yaponiya, Kanada və uğurlu model kimi təqdim edilən Sinqapur, eləcə də resursla zəng olan Küveyt və Qətər daxil olmaqla bir sıra dövlətlərdə büdcə ilin yanvarın 1-dən deyil, aprel ayından başlayır və martın 31-i başa çatır. Azərbaycanda mart ayında qeyri-iş günlərinin çox olmasına baxmayaraq bu praktikanın ölkəmizdə tətbiqi büdcə xərcləmələrin iqtisadiyyatın əksər sektorları daxil olmaqla, ÜDM-ə müsbət təsirlərini artıra bilər.

    Prioritet xərclərin səmərəlilik meyarları üzrə qiymətləndirilməsi və təhlil edilməsi də vacibdir. Bu büdcədən ayrılan hər bir vəsaitin iqtisadi dəyərə təsirlərini qiymətləndirməyə imkan verərdi. 2025-ci ildə Əkin subsidiyasının verilməsi” üçün 290,0 milyon manat, tədarükçülərə təhvil verilən bitkiçilik məhsullara görə “Məhsul subsidiyasının verilməsi” üçün 72,0 milyon manat, yaş baramaya görə “Barama subsidiyasının verilməsi” üçün 1,1 milyon manat, süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam baş buzova görə “Heyvan subsidiyasının verilməsi” üçün 10,3 milyon manat və “Toxum subsidiyasının verilməsi” üçün 8,4 milyon manat vəsaitin ödənilib.Cənab Preizdentin rəhbərliyi ilə keçirilən kənd təsərrüfatı ilə bağlı müşavirədə də dövlət başçımızın qeyd etdiyi vacib məqamlardan biri də subsidiya mexanizmi ilə bağlıdır. 2025-ci ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 7.6 miyard manat məhsual istehsal edilib. Bu ölkənin ümumi ÜDM-nin cəmi 5,9 faizini, qeyri-neft Ümumdaxili Məhsulunun isə 8,3 faizini təşkil edib. Bu o deməkdir ki, aqrar sektordakı ÜDM nisbətən ayrılan subsidiyanın məbləği heç də az deyil. Deməli, büdcədən yalnız kənd təsərrüfatı deyil, bütün prioritet istiqamətlərə ayrılan vəsaitin səmərəlliyinin xüsusi meyarlar ilə qiymətləndirilməsinə ehtiyac var.

    OECD tərəfindən qiymətləndirilməsi zamanı 10 beynəlxalq standart təklif olunur. Bununla yanaşı, büdcə icrası hesabatında xərclərinin gender, yaşılq iqtisadiyyat və s meyarlar qruplaşdırılıb təhlil edilməsi məqsədəuyğun olardı."

    Çıxışı təqdim etdi
    Bəradər Səməndərli
    "Atributinfo.az"

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ