Sizin reklam burada
Sizin reklam burada
  • ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK

    ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLƏCƏK Bu gün - oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçiriləcək. İclasıngündəliyinə üç məsələ daxildir.
    Komitə üzvləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə,Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrinə baxacaqlar.Hər üç layihə ikinci oxunuşda müzakirəyə çıxarılacaq. /atributinfo.az/
    (İclas haqqında geniş məlumat veriləcək.)

    Milli Məclisin Mətbuatvə
    ictimaiyyətlə əlaqələr şöbəsi

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ