/atributinfo.az| İyunun 11-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.
Spiker qonağı səmimis alamlayaraq, Azərbaycan Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib
.Qeyd edilib ki, münasibətlərimizin bu səviyyəyə çatmasında dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin əhəmiyyəti böyükdür. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir.
Sədr ümidvar olduğunu bildirdiki, dost və qardaş Türkiyənin ölkəmizdəki səfirinin fəaliyyəti əməkdaşlığımızın həyatın digər sahələrində daha da dərinləşməsinə öz tövhəsini verəcək.
Sahibə Qafarova vurğuladı ki, Azərbaycan Türkiyə dostluğu sarsılmazdır və heç bir qüvvə bu münasibətləri sarsıda bilməz.
Səmimi qəbul üçün minnətdarlığını bildirən qonaq Sahibəxanım Qafarovaya Milli Məclisin Sədri vəzifəsində fəaliyyətində uğurlar arzulayaraq öz ürək sözlərini söylədi. Səfir qeyd etdiki, onun təmsil etdiyi ölkə həmişə Azərbaycanınyanındadır. Tarixən mövcud olmuş münasibətlərimiz bundan sonra daha da güclənəcəkdir.
Söhbətdə parlamentlərarası əlaqələrin bu günüvə gələcək inkişaf prespektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
