Sizin reklam burada
Sizin reklam burada
  • Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb

    Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı artıb 2019-cu ildə Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci illə müqayisədə 39,85 faiz artaraq 88,675 milyon dollar təşkil edib.
    Bu barədə Ticarət Nazirliyindən bildiriblər.
    Məlumata əsasən, 2019-cu ilin dekabrında Türkiyədən Azərbaycana müdafiə sənayesi məhsullarının ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 103,03 faiz artıb və 52,672 milyon dollara bərabər olub.
    Qeyd edək ki, 2019-cu ildə Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 2018-ci illə müqayisədə 34,6 faiz artaraq 2,74 milyard dollar təşkil edib.
    2019-cu ilin dekabrında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı 2018-ci ilin dekabrı ilə müqayisədə 1,9 faiz artıb və 288,66 milyon dollara bərabər olub.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ