Millət vəkillərimiz
Eldar Quliyev üzərinə düşən vəzifələri necə yerinə yetirir?
Milli Məclisin deputatları arasında elələri var ki, özünəməxsus çəkiyə malikdir. Yəni öz intellekti, fəaliyyəti, iclaslarda qaldırdığı məsələlərin aktuallığı, seçicilərlə sıx təmas yaratması, media nümayəndələrinə qarşı həssaslığı və digər cəhətləri ilə fərqlənir. Belələrindən biri sözsüz ki, Eldar Quliyevdir.
Eldar müəllimlə dəfələrlə söhbətlərimiz olub, müsahibələrini dərc etmişik. Doğrudan maraqlı həmsöhbətdir və həmişə öz sözünü deyən parlamentarilərdən biridir. Mübaliğəsiz demək olar ki, aqrar sahənin əsl bilicilərindəndir və illərdir ki, Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün yorulmadan çalışır.
Yox, bu dəfə müsahibə janrından vaz keçdik. Milli Məclis yay tətilinə çıxdı və şübhəsiz ki, deputatlar da yorğundur. Sadəcə, oxucularımıza professor Eldar Quliyev barədə düşündüklərimizi çatdırmaq istədik. Gəlin, əvvəlcə onun keçdiyi həyat yoluna nəzər salaq.
Quliyev Eldar Allahyar oğlu 26 iyul 1951-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbi bitirdikdən sonra Maştağa sovxoz fəhlə kooperativində mühasib şagirdi və hesabdar-mühasib vəzifələrində işləyib. 1969-cu ildə D.Bünyadzadə adına o vaxtkı Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olaraq 1974-cü ildə həmin ali məktəbi bitirib, iqtisadçı ixtisasına yiyələnib.
1973-74-cü illərdə “Sentrsoyuz”un Əməyin Elmi Təşkili İnstitutunun Azərbaycan filialında iqtisadçı və Birinci Bakı Sənaye Ticarət İdarəsində əmtəəşünas işləyib. 1974-75-ci illərdə həqiqi hərbi xidmətdə olub.
Sonrakı illərdə müxtəlif məsul vəzifələrdə çalışan Eldar Quliyev 1990-cı ildə “Azərittifaq”ın İdarə Heyətinin sədr müavini, 1993-cü ildə həmin qurumun sədri vəzifəsinə seçilib. Hazırda da bu postda çalışır və həm də Milli Məclisin üzvüdür. 2008-c\i ildə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru seçilərək “Qızıl Ulduz” medalı ilə təltif olunub. 2009-cu ildə Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü seçilib və Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən “Avropa Taclı Xidmət” ordeni ilə mükafatlandırılıb. 2010-cu ildə İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Romanın fəxri alimi adına layiq görülüb. Elə həmin il Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən iqtisadiyyatın inkişafındakı xidmətlərinə görə “Atatürk Beynəlxalq Mükafatı” ilə təltif olunub.
İqtisadiyyat elmləri doktoru, Azərbaycan Kooperasiya Universitetinin rektorudur.
Eldar Quliyev müsahibələrindən birində deyir: “Əgər diqqət yetirsəniz, son illər dünyada davam edən böhran proseslərinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunur, iqtisadiyyatın rəqabət qabiliyyətliyi getdikcə artır, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla yerinə yetirilir. Sözsüz ki, ölkəmizdə davamlı inkişafın təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən bu siyasətin prioritet istiqamətlərindən olan aqrar sahəyə yüksək dövlət qayğısı əsas yerlərdən birini tutur. Ona görə də 2015-ci ili ölkə başçısının “Kənd təsərrüfatı ili” elan etməsi düşünülmüş bir siyasətin nəticəsi idi və bu, öz ffektini verdi”.
Millət vəkilinə görə, aqrar sahədə ən böyük çatışmazlıq informasiya məsələsi ilə bağlıdır. Eldar Quliyevin təbirincə, fermerlər iformasiyalı olsalar, onlar bazar tələbatına uyğun məhsullar istehsal edərlər. “Əgər Azərbaycanda əkinə yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunsa, 20 növdən artıq kənd təsərrüfatı məhsulu ilə özümüzü tam təmin edə bilərik. Ona görə də biz bu məsələnin üzərində ciddi dayanmalı və buna daha çox diqqət yetirməliyik”.
Milli Məclisin iclaslarında biz Eldar Quliyevin dəfələrlə dəyərli təkliflər səsləndirməsinin şahidi olmuşuq. Özü də onların çoxu nəzərə alınıb və sonralar effektini verib. Çünki Eldar müəllim vacib məsələlərə qarşı heç vaxt biganə qalmayıb, söz alıb öz fikirlərini deyib. Söz demək xatirinə yox, hər hansı bir işin səmərəliliyinin artması naminə çıxış edib.
Eldar Quliyev məhz bu cəhətlərinə görə yüksək nüfuz sahibidir. Parlamentdə də təcrübəli və bilikli mütəxəssis kimi tanınır, ölkənin ictimai-siyasi həyatında da fəal iştirak edir və başçılıq etdiyi ali məktəbdə də tələbələr onu ədalətli rektor, şəffaflıq tərəfdarı kimi qiymətləndirirlər.
Eldar müəllimi daim qayğılı görmək olar. Buna səbəb ilk növbədə onun vətənpərvər bir insan olmasıdır. O, gerçəkdən öz elinə-obasına, vətəninə, mənsub olduğu millətə çox sədaqətlidir. Yadımdadır, 2015-ci ildə Nardaranda baş verən hadisələrlə bağlı Eldar Quliyev ölkə başçısına müraciət edərək bu hadisələrə son qoyulmasını xahiş etmişdi. O da xatirimdədir ki, həmin vaxt “Niyə din pərdəsi arxasında ekstremist hadisələr məhz Nardaranda ortaya çıxır?” sualına Eldar Quliyev belə cavab vermişdi: “SSRİ zamanında, xüsusilə ötən əsrin 60-70-ci illərinə kimi Nardaranda belə hadisələr qeydə alınmamışdı. Çünki o zaman başqa ölkələrə gediş-gəliş yox idi. Amma Azərbaycan müstəqillik qazanandan sonra sanki bir boşluq yarandı və bundan xarici qüvvələr istifadə etməyə çalışdılar. Nardaran camaatı məndən inciməsin, orada xurafata meyllilik var, bundan isə xarici qüvvələr yararlanmağa cəhd göstərirlər”.
Eldar Quliyevin seçicilərinə qarşı münasibəti bəlkə də qibtəedicidir. Onun qapısı daim vətəndaşların üzünə açıqdır. Müraciətlərə həssaslıqla yanaşır və imkanı daxilində problemlərin həllinə çalışır. Onsuz da ağzıgöyçəklər həmişə olub və bu gün də var. Bir vaxtlar mətbuatda onun deputat ofisinin bağlı olması ilə bağlı qərəzli və yalan məlumatlar yayılmışdı. Millət vəkili belələrinə layiqli cavab vermişdi: “Mənim deputat ofisim bütün ilboyu seçicilərimin, o cümlədən də nardaranlıların üzünə açıqdır. Mən hər bazar günü seçicilərimlə özüm görüşlər keçirirəm. Bizim ofisin bağlı, ya açıq olmasını bilmək istəyən şəxs istədiyi vaxt bura gəlsin. Şahidi olacaq ki, deputat ofisim bağlı deyil və buranın qapıları seçicilərimin üzünə hər zaman açıqdır…
Millət vəkili daha sonra deyir: “Azərbaycanın müstəqilliyini istəməyən qüvvələr var. Belə şəxslər xaricdən idarə olunur. Başqa bir məsələni də qabartmaq istəyirəm. Ətraf ölkələrə nəzər salsaq, görərik ki, dünya üzrə müsəlman ölkələri içərisində ən stabil dövlət Azərbaycandır. Dünyanın ayrı-ayrı ölkələrində İslam dinini 50-100 yerə bölürlər. Bu təriqətlər bir-birinə qarşı əsl müharibə aparırlar və müsəlmanlar arasında qanlar axıdılır. Azərbaycanda isə bunun əksinədir, dövlətimizdə sabitlik, əmin-amanlıq hər zaman qorunub saxlanılır. Bunu gözü götürməyən qüvvələr dini pərdələr altında dövlətimizin müstəqilliyini təhdid edirlər. Amma onlar bilməlidirlər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasəti uğurla davam etdirən güclü dövlət başçımız var. Xalq hər zaman Prezidentimiz İlham Əliyevin yanındadır. Azərbaycan dövlətinin gücünü heç bir qüvvə sarsıda bilməz”.
Bəli, Eldar Quliyevin dediyi həmin qüvvələr hər zaman olub və bu gün də var. Belələri hər vəchlə öz çirkin əməllərini dövlətçiliyimizə qarşı yönəldirlər. Ancaq əbəs yerə… Mənasız cəhdlərdir. Çünki bu gün iqtidar-xalq birliyi yenilməz və salsılmazdır!