Sizin reklam burada
Sizin reklam burada
  • "Qriqoryanda bir çox sualların cavabı var” - Hikmət Hacıyev

    "Qriqoryanda bir çox sualların cavabı var” - Hikmət Hacıyev “Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var”.
    Bu barədə Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.
    H.Hacıyev bildirib ki, Sumqayıt hadisələri ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb: "Biz 1988-ci il Sumqayıt hadisələrinin yalançı təbliğatının şahidi olmuşuq. Sumqayıtda cinayət törədilib, lakin onu törədənlər cəzadan yayınıblar. Qəribədir ki, Ermənistanda heç kim, hətta diaspora Eduard Qriqoryanın yerini bilə-bilə ona suallar verməyib. Sumqayıt hadisələrini təşkil edən etnik erməni Qriqoryanda bir çox sualların cavabı var".

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ