O.Əsədov bildirib ki, TBMM tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin və parlamentin 100 illik yubileyi ilə bağlı pul sikkəsi hazırlanaraq deputatlara təqdim edilib: "Qardaş ölkənin parlament sədrinə buna görə hamınızın adından təşəkkürümüzü bildiririk”.
Daha sonra O.Əsədov deputat Zahid Orucu Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri vəzifəsinə təyin edilməsi münsaibətilə təbrik edib.
