Sizin reklam burada
Sizin reklam burada

Kosmik turistləri daşıyan Crew Dragon gəmisi Yerə qayıdıb

Kosmik turistləri daşıyan Crew Dragon gəmisi Yerə qayıdıb Kosmik turistlərdən ibarət ekipajı daşıyan SpaceX-in Crew Dragon gəmisi iki həftədən çox müddətdən sonra bazar ertəsi Beynəlxalq Kosmik Stansiyadan (BKS) Yerə qayıdıb.
Qayıdış "Axiom Space" şirkətinin saytında canlı yayımda nümayiş etdirilib.
ABŞ-ın şərq sahili vaxtı ilə saat 13:00-da aparat atmosferin sıx təbəqələrinə daxil olub, bir neçə dəqiqədən sonra onun əsas paraşütləri buraxılıb. Daha sonra aparıcı Crew Dragon-un Atlantik Okeana endiyini təsdiqləyib.
Missiya BKS-ə aprelin 8-də yola düşüb. Ekipaj üzvləri təxminən 10 gün orada qalmalı idilər, lakin Florida sahillərindəki əlverişsiz hava şəraiti okeanda ekipajı götürməyə mane ola biləcəyi səbəbindən qayıdış bir neçə dəfə təxirə salınmalı oldu. Bu səbəbdən ekipaj kosmosda təxminən 15 sutka qalmalı oldu.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ