ADY-dən bildirilib ki, sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün oktyabrın 30-da Abşeron dairəvi dəmiryol xətti üzrə götürülmüş texniki fasilə tamamlanıb. Belə ki, qatarlar noyabrın 11-dən etibarən sentyabrın 16-da elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları noyabrın 8, 9, 10, 17 və 24-də qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.
Noyabrın 11, 12, 13, 16 və 23-də isə Bakı–Sumqayıt–Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.
Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə noyabrın 16-na və 23-nə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan noyabrın 17-nə və 24-nə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.
Bakı–Ağstafa–Bakı istiqamətində isə noyabrın 8, 9 və 10-da həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-da, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.
