Dövlət Xidmətindən bildirilib ki, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanmış bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların dolğun və düzgün məlumat əldə etmək hüququnun təmin olunmasına yönəlmiş fəaliyyətləri həyata keçirir.
