Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan “Wontai Power” ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib

    Atributinfo.az xəbər verir ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Pekinə səfəri çərçivəsində “Wontai Power” şirkətinin vitse-prezidenti Lin Boşenq ilə potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıb.
    Bu barədə nazir “X” (tvitter) sosial şəbəkədə hesabında yazıb.
    “Azərbaycanda investorlar üçün yaradılan əlverişli mühit, alternativ və bərpa olunan enerji sahəsində ölkəmizin potensialı və əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük”, - nazir paylaşımında əlavə edib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ