Sizin reklam burada
Sizin reklam burada
  • "PASHA Bank Cup V" yarışmasının qalibləri müəyyən olub

    Atributinfo.az xəbər verir ki, ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” tərəfindən ənənəvi şəkildə keçirilən "PASHA Bank Cup" müsabiqəsi başa çatıb.
    “PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov avqust ayının 26-da Bakı Mühəndislik Universitetində keçirilən final mərhələsində iştirak edib. O, bankın ölkədə İT sahəsində təhsil alan, eləcə də, çalışan bacarıqlı kadrları üzə çıxarmaq istiqamətindəki fəaliyyətindən və "PASHA Bank Cup" müsabiqəsinin bu işdəki mühüm rolundan danışıb.
    Final mərhələsində qüvvəsini sınayan 35 iştirakçıdan hər kateqoriya üzrə ümumilikdə 12 qalib seçilib. Qaliblərə və final mərhələsində yüksək nəticə göstərən iştirakçılara bank tərəfindən dəyərli hədiyyələr təqdim olunub.
    Beləliklə, "PASHA Bank Cup V" müsabiqəsinin qaliblərinin adlarını sizinlə bölüşürük:

    Məktəblilər kateqoriyası:
    Fuad Qarayev
    Xizri Saxrayev
    Əli Əliyev

    Tələbələr kateqoriyası:
    Valeriy Qrinenko
    İbrahim Tağızadə
    Saleh İsayev

    Peşəkarlar kateqoriyası:
    Rəşad Məmmədov
    Mixaylo Medvedyev
    Ramil Həsənov

    “PAŞA Bank” əməkdaşları kateqoriyası:
    Kərim Kərimov
    Anar Məmmədov
    Rza İsmayıl

    Xatırladaq ki, “PAŞA Bank”, İT sahəsinin inkişafına töhfə vermək, eləcə də, bu sahədə ən son trendləri və təcrübələri paylaşmaq üçün ”DevOpsDays”, “Rəqəmsal zirvələr” konfransı, “hackathon”lar və bir sıra layihələr həyata keçirib.

    /atributinfo.az/

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ