Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə, 14,4 faiz və ya 375,6 milyon manat artıb:
"Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 1,9 milyard manat təşkil edib".
Qeyd edilib ki, işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq, 105,2 milyon manatdan çox olub:
"Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 76,6 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 536,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artıb və 372,3 milyon manat təşkil edib".
/atributinfo.az/
