"SOCAR Türkiye R&D and Innovation" və layihə üzrə tərəfdaşı "Technip Energies" tərəfindən aparılan təhlillər nəticəsində hər il 40 min tona yaxın bioreaktiv yanacaq istehsalı planlaşdırılır.
Saziş çərçivəsində hər iki şirkət həmçinin "nou-hau" biliklərini birləşdirəcək.
"SOCAR Türkiye R&D and Innovation" tədqiqat və PCMR texnologiyalarının hazırlanması üçün resurslar təmin edir. "Technip Energies" isə öz texnoloji və mühəndislik təcrübəsi ilə töhfə verir.
Əməkdaşlıq sazişi yanacaq istehsalı üçün mikroyosunların birbaşa karbohidrogenə çevrilməsi üçün PCMR texnologiyasının hazırlanması və optimallaşdırılmasına yönəlib.
Bioyanacaq yüksək istismar xərclərini azaltmaq hesabına səmərəliliyi artırır və dayanıqlılığa imkan yaradır.
"SOCAR Türkiye R&D and Innovation" aşağı temperaturda dəniz suyundakı mikroyosun biokütləsini birbaşa və fasiləsiz olaraq bioyanacağa və biokimyəvi maddələrə çevirməklə aşağı istismar xərclərinə malik innovativ texnologiya hazırlayır.
Bu, sənaye karbonunun izini azaldacaq, ətraf mühitin təmiz qalmasını təmin edəcək və sənayedə investisiya əməliyyatlarının maliyyə xərclərini azaldacaq.
/atributinfo.az/
