"Atributinfo.az" xəbər verir ki, məqsəd sakinlərin qaz təchizatı ilə bağlı üzləşdikləri problemlərin operativ həllinə nail olmaqdan ibarətdir. Bu səbəbdən Salyan Regional Qaz İstismarı İdarəsi rəisinin regionda yerləşən Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bagirov ilə görüşü baş tutub.
Həmçinin keçirilən görüşlər zamanı Birlik tərəfindən həyata keçirilən layihələr, təsərrüfatda aparılan islahatlar və təkmilləşdirmə tədbirləri, həmçinin qaz təsərrüfatının mövcud vəziyyəti, yeni yaşayış massivlərinin və kəndlərin qazlaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələrinin və qazilərin hər zaman diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.
Bəradər,
Zahir
"Atributinfo.az"
