Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir - Elnur Soltanov

    Azərbaycan ABŞ-yə enerji sahəsində əməkdaşlığı üç istiqamətdə genişləndirməyi təklif edir.
    Bu barədə Azərbaycan Respublikası energetika nazirinin müavini Elnur Soltanov Azərbaycan-ABŞ Yaşıl Enerji Forumunun kuluarlarında deyib.
    Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilər, Xəzər regionu və Naxçıvan enerji sahəsində böyük əməkdaşlıq potensialına malikdir.
    "Biz ABŞ-dan olan həmkarlarımıza məhz bu üç prioritet istiqamətlərdə əməkdaşlıq qurmağı və genişləndirməyi təklif etdik", - o deyib.
    Qeyd edək ki, Bakı Biznes mərkəzində Azərbaycan-ABŞ “Yaşıl enerji” forumu keçirilir.
    Tədbirdə Azərbaycanda səfərdə olan ABŞ ticarət nazirinin köməkçisi Arun Venkataraman, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Hugo Guevara, ABŞ-Azərbaycan Ticarət Palatasının prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Azərbaycanın energetika nazirinin müavini Elnur Sultanov və başqaları iştirak edirlər.
    Forumda Azərbaycan ilə ABŞ-ın enerji sahəsində əməkdaşlıq əlaqələri, “yaşıl enerji”nin istehsalı istiqamətində təcrübə mübadiləsi, enerji ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ