Sizin reklam burada
Sizin reklam burada
  • Azərbaycan Aİ-nin rəqəmsal inkişaf strategiyasını öyrənir

    Azərbaycan Aİ-nin rəqəmsal inkişaf strategiyasını öyrənir Azərbaycanda internetə çıxışla bağlı problem yoxdur.
    Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Rasim Əliquliyev "Şərq tərəfdaşlığı"nın elektron infrastrukturlar üzrə 5-ci konfransı zamanı deyib.
    Onun sözlərinə görə, Azərbaycanın demək olar hər bir vətəndaşı internet və internet xidmətlərinin istifadəçisidir.
    "Bizim öz kosmik peyklərimiz, müvafiq kadr potensialımız, mütəxəssislərimiz var", - deyə o bildirib.
    O, həmçinin beynəlxalq elmi platformalara qoşulmaq üçün müvafiq elektron tədrisin, elektron kitabxananın yaradılması, bu sahə üzrə mütəxəssislərin hazırlanmasının zəruriliyini vurğulayıb.
    R.Əlquliyev qeyd edib ki, Aİ 2030-cu ilədək rəqəmsal inkişaf strategiyası hazırlayıb.
    "Biz bu strategiyanı öyrənirik və gələcəkdə Avropa ölkələrinin reallaşdırdığı təşəbbüslər üzrə təcrübə mübadiləsində maraqlıyıq", - AMEA vitse-prezidenti deyib.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ