Sizin reklam burada
Sizin reklam burada
  • Avropada ən çox satılan smartfon markası açıqlanıb

    Avropada ən çox satılan smartfon markası açıqlanıb 2022-ci ilin birinci rübündə Avropa ölkələrində ən populyar smartfon markalrının siyahısına Samsung, Apple və Xiaomi başçılıq edib.
    Xarici KİV-ə istinadla xəbər verilir ki, bu barədə "Canalys" analitik şirkətin məlumatında bildirilir.
    Qeyd olunur ki, adıçəkilən markaların payına bazarın 76%-i düşüb.
    Belə ki, "Samsung" hesabat dövründə 14,6 milyon smartfon satıb. İkinci yerdə 8,9 milyon cihaz satan "Apple" gəlir, ən populyar markalar arasında 3-cü yeri tutan "Xiaomi" 8,2 milyon smartfon satıb.
    2022-ci ilin ilk kvartalında avropada 41,7 milyon smartfon satılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,7 milyon cihaz azdır.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ