Sizin reklam burada
Sizin reklam burada
  • Bolqarıstan təbii qazın əlavə tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir

    Bolqarıstan təbii qazın əlavə tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir Bolqarıstan Rusiyadan qaz kəmərinin bağlanması təqdirində əlavə təbii qaz həcmlərinin tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətindədir.
    Bunu ölkənin energetika naziri Aleksandr Nikolov deyib.
    Onun sözlərinə görə, Rusiyadan tədarüklə bağlı problemlərin yaranacağı halda bir sıra real alternativlər, o cümlədən "Cənub Qaz Dəhlizi" üzrə tədarük alternativi mövcuddur.
    Nazir əlavə edib ki, Yunanıstan ərazisindən mayeləşdirilmiş təbii qazın tədarükləri də mümkündür.
    Qeyd edək ki, Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi vasitəsilə Azərbaycandan ildə bir milyard kubmetr qaz əldə etməyi planlaşdırır. IGB-nin 2022-ci ilin iyulunda işə salınması nəzərdə tutulur.

    • Sosial şəbəkədə paylaş
    XƏBƏR LENTİ