Sizin reklam burada
Sizin reklam burada

Bakıda şəhər daxilində satışda olan torpaq sahələrinin sayı azalıb

Bakıda şəhər daxilində satışda olan torpaq sahələrinin sayı azalıb Bakıda şəhər daxilində torpaq bazarında təkliflərin sayı azalıb.
Bu barədə "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
O bildirib ki, Bakı şəhəri daxilində satışda olan torpaq sahələri azalıb. "Şəhər daxilində torpaq sahələrinin böyük əksəriyyəti satılıb, istifadə edilib. Hazırda şəhər daxilində satışda torpaq sahələri xeyli azalıb ki, bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub", - deyə N.İbrahimov bildirib.
Qeyd edək ki, ötən ay, yəni 2021-ci ilin dekabr aydında Bakıda torpaq sahələrinin qiyməti 7,12 faiz bahalaşıb. Bir sot torpağın orta qiyməti 18 446 manat təşkil edib və satışa çıxarılan torpaq sahələrinin orta sahəsi 22,81 sot olub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ